Ermənilər diasporlarını yıxıb-sürüdü: Məğlubiyyətin səbəbkarı axtarılır
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağ müharibəsindəki acı məğlubiyyət ermənilərin daxilində kəskin formada qarşılıqlı ittihamlara səbəb olub. Ermənilər bu acı məğlubiyyətə görə, istər diaspor təşkilatları, istər siyasi qüvvələr, ictimai təşkilatlar, fondlar, media və sair hamı bir-birini qarşılıqlı formada günahlandırır.
Bu məğlubiyyətdə Qarabağ adına yüz milyonlarla vəsait toplayıb, onu mənimsəyən “Daşnaksütun” partiyasını, erməni diaspor təşkilatlarını, fondlarını ittiham edən yazı ilə Edvin Martirosyan yazıb.
“Qarabağ adına toplanan yüz milyonlarla vəsait hara yoxa çıxdı” yazısında bloger “Daşnaksütun”u və diasporanı ittiham edib.
Martirosyan yazır ki, 30 ildən artıq müddətdə sadə insanlar Qarabağ adı ilə talan edildi və bu da son acı aqibət.
“Toplanan pullar deyilən məqsədlərə yox, məhz pul toplayan şəxslərin şəxsi rahat və təm-təraqlı həyat tərzinin təmin edilməsinə xərcləndi. Onların hədəfi heç də Qarabağ deyildi. Axmaq bir insana da aydın idi ki, bu heç də həmin insanların Qarabağa olan sevgisindən, vətənpərvərliyindən irəli gəlmir.
Bu insanlar Qarabağdakı yaşlı, uşaq, xəstə, əsgər adı altında toplanan milyonlarla vəsaiti ünvanına deyil, şəxsi maraqlarına xərcləyirdilər. Yalnız onun cüzi hissəsi sadə ermənilərə çatırdı. O da hamıya deyil. Çox az adama”, – o qeyd edib.
Martirosyan əlavə edib ki, “Daşnaksütun” büdcəsinin 90 faizi məhz Qarabağ adı altında toplanan pullar hesabına formalaşıb: “Bu pullar hesabına daşnaklar xarici ölkələrdə özlərinə rahat həyat şəraiti qurdular. İndi Qarabağ itkisi daşnakların ən ağrılı yeri olacaq. Çünki onlar havayı milyonlardan olacaqlar”.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
