Ermənilər qorxu içində | Bakı buna görə Almatıda vasitəçi istəmir
Yeniliklərdən dərhal xəbərdar olun
Almatıda keçiriləcək Mirzoyan-Bayramov görüşündə Ermənistan məğlub olduğu dövlətlə tək, vasitəçisiz, çətin vəziyyətdə qalacaq.
Bu sözləri türkoloq Varujan Geqamyan erməni mediasına açıqlamasında deyib.
Onun fikrincə, görüşdə vasitəçilərin iştirak etməməsi Azərbaycanın danışıqlarda dominantlıq etmək istəyindən xəbər verir:
“Adətən daha zəif və daha həssas tərəfin maraqlarını qorumaq üçün vasitəçi tələb olunur, lakin indiki vəziyyətdə Ermənistan beynəlxalq birliyin dəstəyinə arxalana bilməyəcək və mövcud şəraitdə hərəkətə keçmək məcburiyyətində qalacaq. Türkiyə və Azərbaycan vasitəçilik platformasının mövcudluğunu istisna edən bir formatın yaradılmasına nail oldu ki, nəticədə Ermənistan onu məğlub edən iki ölkə ilə birbaşa təmasda olacaq, indi o, dəstək tapa bilməyəcək. Xüsusilə demarkasiya kontekstində sərhədyanı rayonların sakinlərinin hüquqlarını qoruya biləcək vasitəçi kimi beynəlxalq birliyə arxalanmaq çətindir”.
Onun fikrincə, Qərb də Azərbaycanı dəstəkləyir: “Ermənistan müdafiə siyasətinə sadiq qalmaq əvəzinə, güzəşt xəttinə üstünlük verdi və bu, son nəticədə onun suverenliyinin əhəmiyyətli dərəcədə zəifləməsinə, ölkənin Türkiyənin təsir zonalarından birinə çevirməsinə səbəb oldu”.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
