Ermənilərin 1905-ci ildə Ellər rayonunda məskunlaşma hiyləsi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində ermənilərin məkrli siyasətinin hədəfi seçilən, rus və erməni millətindən olan ayrı-ayrı şəxslərin adını vermək bəһanəsi ilə toponimi dəyişdirilən Ellər rayonu haqqında süjet hazırlanıb.
“Ellər rayonunun adı niyə 4 dəfə dəyişdirilib?” adlı süjetdə Azərbaycan türklərinin tarixi-etnik torpaqlarından didərgin salınması nəticəsində həmin ərazilərə ermənilərin köçürülərək məskunlaşdırılmasından bəhs olunub.
Diqqətə çatdırılıb ki, SSRİ rəhbəri İosif Stalin tərəfindən azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarının imzalanmasından sonra Ellər rayonu üzrə vəziyyət acınacaqlı hal alıb:
“Məhz bu rayon 1948-1951-ci illərdə baş verən köçürmə siyasətinə ən çox məruz qalan məkanlardan biridir. Həmin illərdə rayonun türk əhalisi Azərbaycana köçürülüb. 1970-ci illərdə rayon ərazisinin bir hissəsi Əştərək rayonunun bir hissəsi ilə birləşdirilərək yeni Nairi rayonu yaradılıb.
1988-ci ilin son deportasiyasında azərbaycanlıları bu ərazilərdən tamamilə çıxarmaqla ermənilər addəyişmə əməliyyatlarını daha da asanlaşdırıblar. Belə ki, rayon üzrə təqribən 30-dan çox tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci ildə inzibati mərkəzi Axta, yəni dəyişdirilmiş adı Hrazdan olan Kotayk mərzliyi yaradılıb”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- “Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Basarkeçər, Basarkeçər daşt, Baraxlı - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- İngiltərə nəşrində Zəngəzur dəhlizinin tarixi və Qərbi Azərbaycan həqiqətləri
- Bazarcıq, Bazarçay, Bayatlar, Bayat dağı - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
