Siyasət
Pleyeri seçin:

Ermənilərin təzyiq göstərdiyi siyasi xadimlə bağlı Prezidentə məktub

24 may 2024

Baş nazirin sabiq müavini, keçmiş kənd təsərrüfatı naziri İsmət Abasov Prezident İlham Əliyevə məktub yazıb.

İsmət Abasov qayınatası, tanınmış ictimai və siyasi xadim Yunis Rzayevin 100 illik yubileyinin Qərbi Azərbaycan İcmasında qeyd olunmasına görə dövlət başçısına təşəkkür edib.

İsmət Abasov xatırladıb ki, Yunis Rzayev hələ 1950-1960-cı illərdə Qərbi Azərbaycanda müxtəlif vəzifələr tutarkən erməni millətçilərinin əsassız təzyiqlərinə məruz qalıb. Daha sonra o, görkəmli siyasi xadim Heydər Əliyevin sayəsində Azərbaycanda mühüm dövlət vəzifələrinə təyin edilib.

İsmət Abasovun sözlərinə görə, Azərbaycanın qədim torpağı olan Qərbi Azərbaycanda dünyaya gəlmiş Yunis Rzayevin 100 illik yubileyi Azərbaycanın böyük və tarixi qələbələr qazandığı bir dövrə təsadüf edir. Belə ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib, erməni quldurlarının azərbaycanlılara qarşı 200 ildən çox davam edən terror, soyqırımı, işğal siyasətinə son qoyulub. Azərbaycan dünyada hamının hesablaşdığı bir dövlətə çevrilib.

Sabiq nazir Prezidentə minnətdarlığını daha sonra belə ifadə edib: “Zati-aliləri! Azərbaycanın sizin liderliyinizlə qazandığı böyük və tarixi qələbələr, bu gün Qərbi Azərbaycanla bağlı müəyyənləşdirdiyiniz yeni siyasi strategiya qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasına böyük ümidlər yaratdığı kimi, Vətən həsrəti və doğma yurd nisgili ilə dünyadan köçən soydaşlarımızın ruhunu da şad edir. Azərbaycanın qədim şəhəri olan İrəvanda doğulmuş biri və sizin siyasətinizin sadiq əsgəri olaraq Qərbi Azərbaycanla bağlı müəyyənləşdirdiyiniz strategiyanın həyata keçirilməsi istiqamətində hər bir əmrinizi yerinə yetirməyə daim hazıram”.

Hərbi qulluqçular fəxri adlara layiq görülüb | Prezidentdən sərəncam

Hərbi qulluqçular fəxri adlara layiq görülüb | Prezidentdən sərəncam

Siyasət
25 iyun 2024
İlham Əliyev ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzaladı

İlham Əliyev ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzaladı

Siyasət
25 iyun 2024
Rusiya rəsmisindən Moskva-Bakı münasibətləri ilə bağlı açıqlama

Rusiya rəsmisindən Moskva-Bakı münasibətləri ilə bağlı açıqlama

Siyasət
25 iyun 2024
Prezident İlham Əliyev Natiq Qasımovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Natiq Qasımovla bağlı sərəncam imzaladı

Siyasət
25 iyun 2024
Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
25 iyun 2024
Paşinyanın paylaşdığı görüntülər hansı istiqamətdən çəkilib? -Ekspertlər danışdı

Paşinyanın paylaşdığı görüntülər hansı istiqamətdən çəkilib? -Ekspertlər danışdı

Siyasət
25 iyun 2024
Qohum evliliyi ilə bağlı gözlənilməz qərar

Qohum evliliyi ilə bağlı gözlənilməz qərar

Siyasət
25 iyun 2024
Regionda müharibə təhlükəsi | Fransaya alçaldıcı müqavilə imzalatdılar

Regionda müharibə təhlükəsi | Fransaya alçaldıcı müqavilə imzalatdılar

Siyasət
25 iyun 2024
Jurnalistin sualı Sarkisyanı əsəbiləşdirdi | Erməni mediasından qalmaqallı xəbər

Jurnalistin sualı Sarkisyanı əsəbiləşdirdi | Erməni mediasından qalmaqallı xəbər

Siyasət
25 iyun 2024
Əgər sülh istəsəydilər... | Deputat Qərbin ikiüzlülüyünü ifşa etdi

Əgər sülh istəsəydilər... | Deputat Qərbin ikiüzlülüyünü ifşa etdi

Siyasət
25 iyun 2024
Seçilmişlər
icon