Ermənistan 2026-cı il büdcəsində Naxçıvan dəmir yoluna vəsait ayırmadı?
“Ermənistanın 2026-cı il üçün dövlət büdcəsi layihəsində Yerasx qəsəbəsindən, yəni Arazdəyəndən Naxçıvanla sərhədə kimi dəmiryol xəttinin çəkilməsinə maliyyə ayrılması yer almayıb”.
Bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.
Onun sözlərinə görə, həmin ərazidə nəqliyyat kommunikasiyalarının açılması üçün dəmir yolu infrastrukturunun yaradılmasına hazırlıq işləri üçün maliyyə nəzərdə tutulmayıb.
“ABŞ ilə əməkdaşlıq çərçivəsində Meğridə görüləcək işlər isə Baş nazirin müavini Mqer Qriqoryanın aparatının nəzarətindədir”, – deyə D.Xudatyan bildirib.
“Hazırda Tavuş vilayətində demarkasiya ilə bağlı konkret iş görülmür”. Bunu isə jurnalistlərlə söhbət zamanı Tavuşun qubernatoru Ayk Qalumyan açıqlayıb.
O əlavə edib ki, mövzu ətrafında müzakirələr baş nazirlərin müavinləri səviyyəsində aparılır. Demarkasiya işləri aparılmadan sərhədin haradan keçəcəyi bilinmir.
Qalumyan demarkasiya işləri aparılan 12,7 kilometr ərazidə koordinatların müəyyənləşdiyini də diqqətə çatdırıb. Digər koordinatlar isə demarkasiya işləri aparılandan sonra qeyd olunacaq.
#Naxçıvan teqi istifadə olunub
- Buz bağlayan “Qızlar bulağı”nın görüntüləri
- Naxçıvanda yollar buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib - Baku TV
- Payız kəndində sakinlərin bitməyən problemi | "Sudan ötrü ölürük" - Baku TV
- Naxçıvanda qandonduran hadisə | Türkiyəli tələbələr niyə öldü? - Baku TV
- Qəsəbədə hökm sürən biabırçı vəziyyət | "Getdik şikayət etməyə, hər dəfə dedilər ki..." - Baku TV
