Ermənistan ABŞ ilə növbəti dəfə hərbi təlimlərə start verəcək
Ermənistan növbəti dəfə ABŞ ilə hərbi təlimlərə start verəcək.
Yayılan son məlumatlara görə, avqustun 12-dən 20-dək Ermənistanda “Eagle Partner-2025” Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək.
Son dövrlər rəsmi Vaşinqtonla Ermənistanın adının birgə hallanması isə heç də birmənalı qarşılanmır. Xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltməyə çalışdığı bir dövrdə sərhəd bölgələrdə hərbi təlimlərin keçirilməsi bu prosesi ləngidə bilər.
Mütəxəssislər də düşünürlər ki, bu yaxınlaşma ermənilərin regionda yeni geosiyasi balans axtarışının göstəricisidir.
Sözügedən hərbi təlimlərin keçirilməsini bir neçə istiqamətdə dəyərləndirmək mümkündür. İlk olaraq, Ermənistan artıq təhlükəsizlik baxımından yalnız Rusiyaya arxalanmaq istəmədiyini, Kreml öz öhdəliklərini yerinə yetirmirsə, Qərbin bu boşluğu doldura biləcəyi mesajıdır.
Digər bir istiqamət Paşinyan hakimiyyətinin Azərbaycan və Türkiyəyə göstərməyə çalışdığı bir nüansdan irəli gələ bilər. Belə ki, Ermənistan beynəlxalq hərbi tərəfdaşlarını artırmaqla bölgədəki güc balansına təsir etmək istəyini nümayiş etdirmək arzusundadır.
Sonuncu istiqamət isə daxili auditoriyaya Ermənistan tək deyil, Qərbin siyasi-hərbi dəstəyini arxasına alıb mesajı ola bilər.
#Ermənistan teqi istifadə olunub
- Maaş verilmir, məzuniyyət əlindən alınır: işçi niyə müdafiəsiz qalıb? - AKTUAL GÜNDƏM
- Rəsmi Bakı Moskvaya etirazını bildirdi | Ayxan Hacızadədən “Baku TV”yə açıqlama - Baku TV
- Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı - Baku TV
- İran Zəngəzurda hərəkətə keçdi: TRIPP layihəsinə qarşı diplomatik cəbhə qurulur? - AKTUAL GÜNDƏM
- ABŞ-nin İrana təzyiqi artır: Tehran Ermənistanla koordinasiyanı niyə gücləndirir? - AKTUAL GÜNDƏM
