Pleyeri seçin:

Ermənistan Azərbaycan işçi qrupları yaradılacaq | Proseslərin detalları açıqlandı

14 avqust 2025 262 baxış

Ermənistan, ABŞ və Azərbaycan arasında imzalanmış sənədlərin həyata keçirilməsi üçün yaxın vaxtlarda iş prosesinə başlanılacaq. İşçi qruplar yaradılacaq və həmin andan əlavə məlumatların verilməsinə ehtiyac yaranarsa, hökumət bunu mütləq verəcək.

Bunu avqustun 14-də jurnalistlərə açıqlamasında Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.

Nazir işçi qrupların formalaşdırılmasının çox vaxt aparmayacağına əmin olduğunu vurğulayıb.

Azərbaycanlıların Ermənistan ərazisindən keçərkən erməni sərhədçiləri ilə görüşüb-görüşməyəcəyinə dair təfərrüatların və dəqiqləşdirmələrin aparılması ilə bağlı suala cavabında isə nazir deyib ki, hazırda məqsədəuyğun hesab edilən qədər məlumat verilib: “Hazırda əlavə edəcəyim heç nə yoxdur”.

David Xudatyan bildirib ki, Ermənistanın Baş naziri, Azərbaycan Prezidenti və ABŞ Prezidentinin imzaladığı sənədlərdə qarşılıqlılıq, suverenlik, yurisdiksiya və ərazi bütövlüyü prinsipləri aydın şəkildə göstərilib: “Bundan irəli gələrək Ermənistanın yolları Ermənistanın yurisdiksiyasında olacaq”.

“Sülh sazişinin paraflanması Ermənistanı sülhə doğru yaxınlaşdırır. Bu hər bir ölkə vətəndaşı üçün çoxdan gözlənilən, sevincli və mühüm hadisədir”, – deyə D.Xudatyan əlavə edib.

Ramiz Mehdiyevin cinayət işi üzrə baş nazirin sabiq birinci müavini axtarışa verildi - Baku TV CANLI

Ramiz Mehdiyevin cinayət işi üzrə baş nazirin sabiq birinci müavini axtarışa verildi - Baku TV CANLI

Siyasət
16 dekabr 2025 262 baxış
Ramiz Mehdiyevin cinayət işi üzrə baş nazirin sabiq birinci müavini axtarışa verildi - Baku TV

Ramiz Mehdiyevin cinayət işi üzrə baş nazirin sabiq birinci müavini axtarışa verildi - Baku TV

Siyasət
16 dekabr 2025 262 baxış
Tramp administrasiyasının ultimatum planı sülhdür, yoxsa təslimiyyət ssenarisi? - AKTUAL GÜNDƏM

Tramp administrasiyasının ultimatum planı sülhdür, yoxsa təslimiyyət ssenarisi? - AKTUAL GÜNDƏM

Siyasət
16 dekabr 2025 262 baxış
Aİ ölkələrindən sülhə dəstək | Zelenskinin Berlin diplomatiyası nəyə hesablanıb? - YENİ BİR SƏHƏR

Aİ ölkələrindən sülhə dəstək | Zelenskinin Berlin diplomatiyası nəyə hesablanıb? - YENİ BİR SƏHƏR

Siyasət
16 dekabr 2025 262 baxış
5.1 milyard dollarlıq müdafiə büdcəsi: Ordumuzun real döyüş gücü nə qədərdir? | HƏRBİ XRONİKA

5.1 milyard dollarlıq müdafiə büdcəsi: Ordumuzun real döyüş gücü nə qədərdir? | HƏRBİ XRONİKA

Siyasət
15 dekabr 2025 262 baxış
Türkiyə Ermənistanla sərhədləri hansı şərtlə açacaq? | İrəvana vacib mesaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Türkiyə Ermənistanla sərhədləri hansı şərtlə açacaq? | İrəvana vacib mesaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
15 dekabr 2025 262 baxış
"El-obanın tarixini, adət-ənənələrini gənclərə çatdırırıq" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"El-obanın tarixini, adət-ənənələrini gənclərə çatdırırıq" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
15 dekabr 2025 262 baxış
Berlin danışıqları müharibənin taleyini həll edəcək? - Baku TV

Berlin danışıqları müharibənin taleyini həll edəcək? - Baku TV

Siyasət
15 dekabr 2025 262 baxış
İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV

İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV

Siyasət
15 dekabr 2025 262 baxış
İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV CANLI

İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV CANLI

Siyasət
15 dekabr 2025 262 baxış
Seçilmişlər
icon