Ermənistan Azərbaycanla sərhəddə görülən işləri dayandırır
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Arazdəyəndə tikintisini apardığı metallurgiya zavodu tezliklə başqa, daha təhlükəsiz əraziyə köçürülə bilər.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, ən çox ehtimal olunan variant kimi Ararat şəhəri ilə bitişik ərazi göstərilir.
Zavod rəhbərliyi məsələ ilə bağlı medianın sorğusunu cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyən kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyidir. Həmin ərazidə belə bir zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda Arpaçayın çirklənməsinə gətirib çıxara bilər.
Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi təsir göstərəcək. Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq.
Azərbaycan Hökuməti Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə – Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edib. Lakin təsirə məruz qalan tərəf olaraq Azərbaycan Ermənistandan bu layihə ilə bağlı heç bir bildiriş almayıb.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan hökuməti layihənin transsərhəd təsiri ilə bağlı suallar tam aydınlaşdırılana və adekvat şəkildə baxılana qədər Ermənistan tərəfindən zavodun tikintisinin dərhal dayandırılmasını tələb edib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
