Ermənistan çox ərazisini itirəcək | Erməni eksperti qorxuya salan xəritə
“Bizdən güclü olan Azərbaycanın 1991-ci il xəritələri əsasında demarkasiyanın aparılmasına razılıq verməsi Ermənistan üçün çox yaxşıdır”.
Bunu erməni ekspert Daniel İoannisyan deyib.
O bildirib ki, Ermənistan üçün ən yaxşı ssenari 1991-ci il xəritələridir:
“Müxalifət Azərbaycan-Ermənistan sərhədinin demarkasiya prosesinin 1993-cü ildəki təmas xətti boyunca aparılmasını təklif edir. Azərbaycan da təklif edə bilər ki, proses 1918-ci il Yelizavetpol quberniyasının xəritəsi əsasında aparılsın. O isə bizə sərf etmir, çünki həmin xəritələrə əsasən Zəngəzur və Tavuşun böyük hissəsi Ermənistanın nəzarətində deyil.
Sözügedən xəritələr irəli sürüləcəyi halda kimin haqlı olduğu, prosesin hansı sənədlə aparılması məsələləri mübahisəyə səbəb olacaq. Bütün bu mübahisələr isə müharibə ilə nəticələnəcək.
Beləliklə, biz əlimizdə olanların çox hissəsini itirəcəyik. “Xilaskar” hesab etdiyimiz üçüncü tərəfdən asılılığımız artacaq”.