Ermənistan ərazisi 10 min kvadratkilometrə qədər azala bilər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Ermənistan ərazisi 10 min kvadratkilometrə qədər azala bilər” adlı süjetdə Qərb və Rusiya arasında geosiyasi mübarizə burulğanına düşən Ermənistan ətrafında çəmbərin hər keçən gün daha da daralmasından və artıq bu ölkənin mövcud siyasi xəritəsinin dəyişməsindən bəhs edilir.
Bildirilib ki, Moskvadan sürətlə uzaqlaşan Nikol Paşinyan Qərb qüvvələrini bölgəyə gətirməkdə israrlıdır. İndiyə qədər Avropa İttifaqının “mülki missiyası” adı altında 1 500 nəfərlik qüvvə Ermənistana yerləşdirilib. Bu missiyanın tərkibində Avropa İttifaqının üzvü olmayan Kanadanın timsalında NATO qüvvələri də yer alır, o cümlədən Norveç və ABŞ-nin də missiyaya qoşulması gözləntiləri var.
Bununla yanaşı, Fransa Ermənistanın silahlandırılmasını üzərinə götürməklə Rusiyanın bu ölkədəki, həm də bölgədəki mövqelərini əlindən almağa çalışır. Ermənistan-Avropa İttifaqı-ABŞ formatının yaranması ilə prosesin daha da sürətlənəcəyi, Qərbin kollektiv şəkildə Ermənistana və Ermənistan üzərindən bölgəyə daxil olacağı proqnozlaşdırılır. Təbii ki, hadisələrin inkişafı Rusiyanın bölgədən sıxışdırılmasına doğru gedir.
Diqqətə çatdırılıb ki, Ermənistanda toqquşma daha qanlı olacaq və bu ölkənin xəritəsinin dəyişməsi ilə nəticələnəcək. Ermənistanın siyasi xəritəsinin dəyişməsi Qərbi Azərbaycanın işğaldan azad olması ilə mümkün ola bilər. Bu perspektiv fonunda İrəvanda gedən müzakirələrdə Ermənistanın ərazisinin 10 min kvadratkilometrə qədər azalacağı, Göyçə və Basarkeçərin Azərbaycana təhvil veriləcəyi haqqında fikirlər irəli sürülür. Erməni ekspertlərin fikrincə, Qazaxın dörd kəndinin qaytarılması prosesin başlanğıcı olacaq.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?
- Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV
- Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV
