Pleyeri seçin:

Ermənistan gücsüz qalıb Avropa ilə razılaşdı | Şərhçidən qalmaqallı açıqlama

09 may 2024 351 baxış

Güc balansı açıq şəkildə Azərbaycanın xeyrinədir və Ermənistanın indi edə biləcəyi çox şey qalmayıb.

Bunu Slovakiyadan olan siyasi şərhçi Jozef Hrabina mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən deyib.

O, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi baxımından da danışılacaq çox şeyin olmadığını vurğulayıb:

“Mən artıq sülh müqaviləsinin imzalanacağına ümid edirəm, çünki danışılası çox şey yoxdur, yerdə yalnız siyasi narazılıqlar qalıb. Amma güc balansı açıq şəkildə Azərbaycanın xeyrinədir və Ermənistanın indi edə biləcəyi çox şey qalmayıb. Ona görə də ümid edirəm ki, bu reallıq artıq erməni siyasi elitası arasında da hakimdir”.

Ekspert Fransa kimi prosesə müdaxilə edən üçüncü tərəflərin varlığından da söz açıb: “Hazırda gördüyüm yeganə maneə vəziyyətin erməni cəmiyyətinə necə izah ediləcəyidir. İlin sonuna kimi sülh müqaviləsinin imzalanıb-imzalanmayacağını demək çox çətindir, ancaq buna ümid edirəm. Biz bilirik ki, Fransa kimi prosesə müdaxilə edən üçüncü tərəflər var. Mən Ermənistanla Avropa İttifaqı və Avropa dövlətləri arasında hansı daxili razılaşmaların olduğunu da bilmirəm”.

Siyasi şərhçi Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı əldə edilən razılaşmaya toxunaraq bunu böyük diplomatik nailiyyət kimi qiymətləndirib: “Mən bunu qarşılıqlı razılaşma yolunda böyük addım kimi qiymətləndirirəm. Düşünürəm ki, bu, gələcək sülh sazişi ilə bağlı danışıqlar aparmaq iradəsini göstərir”.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 351 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 351 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 351 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 351 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 351 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 351 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 351 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 351 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 351 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 351 baxış
Seçilmişlər
icon