Pleyeri seçin:
Ermənistana növbəti tədarük | Azərbaycan vasitəsilə nələr yollanıldı? - Baku TV
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir.
14 vaqondan ibarət, ümumi çəkisi 976 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilir.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib. Eyni zamanda indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5000 tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Kopyalandı
