Ermənistanda yenə ara qarışdı | Etirazçılar küçələri zəbt etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan və Azərbaycan hökumətləri arasında sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmaya etiraz edən bir qrup sakin İrəvan-Armavir yolunu bağlayıb.
Yerli medianın məlumatına görə, aksiyaya “Ermənistan” blokundan olan deputatlar Qeqam Manukyan və Mqer Saakyan da qoşulub.
Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib. Polis aksiya iştirakçılarından ərazini boşaltmağı tələb edib. Onlara bildirilib ki, əks halda bu, polisin qanuni tələbinə tabesizlik kimi qiymətləndiriləcək və adekvat tədbirlər görüləcək.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
