Pleyeri seçin:

Ermənistanın əsl məqsədi üzə çıxdı: "qaçqınlıq statusu" verilməsinin altında nə yatır?

29 oktyabr 2023 335 baxış

Keçmiş SSRİ-nin süqutu illərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları iki ölkə arasında uzunmüddətli münaqişə yaradıb.

Nəticədə Azərbaycan ərazisinin iyirmi faizi otuz il ərzində işğal altında saxlanılıb və tamamilə dağıdılıb. Bu münaqişə nəticəsində Azərbaycan qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalıb. İşğalçı tərəfin hərbi təxribatları və təhdidləri səbəbindən 2020-ci ilin sentyabrında başlayıb 44 gün davam edən Vətən müharibəsinin nəticələri, təəssüf ki, təcavüzkar tərəfə yenə də normal qonşuluq münasibətlərinin əhəmiyyətini dərk etdirə bilməyib.

Bununla yanaşı, rəsmi İrəvan indi də Qarabağdan gəlmiş ermənilərə qaçqın statusu vermək və onların sayını süni şişirdərək növbəti dəfə siyasi möhtəkirliyə cəhd göstərir.

Ermənistan hökuməti bu mövzu ətrafında davam etdirdiyi siyasi riyakarlıq çərçivəsində uydurma 100 min qaçqından danışır, amma əslində, Laçın sərhəd-buraxılış məntəqəsindən cəmi bir neçə gün ərzində yüz min şəxsin Ermənistana keçməsi texniki və fiziki baxımdan mümkünsüzdür.

İşğal dövründə hərbi təcavüz altında saxlanılan Azərbaycan ərazilərinə təxminən 30 min erməninin xarici ölkələrdən köçürülərək orada qanunsuz məskunlaşması barədə Ermənistan rəsmiləri illər uzunu ağız dolusu danışıblar.

Ermənistan Ordusunun hərbçiləri, onların ailə üzvləri və başqa ölkələrdən, o cümlədən Ermənistandan gətirilib Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırılan şəxslər heç bir məntiqlə qaçqın sayıla bilməz. Onların xeyli hissəsinin başqa dövlətlərin vətəndaşları olduğunu faktlar da göstərir. Belə ki, Qarabağı öz xoşu ilə tərk edən ermənilərin artıq 10 mini Ermənistana deyil, başqa ölkələrə üz tutub.

Heç kəsə sirr deyil ki, xarici ölkələrdən gətirilən erməniəsilli şəxslərin işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırılması Ermənistan hakimiyyəti, Xankəndindəki separatçı rejim və erməni lobbisi üçün qanunsuz mənimsəmə məqsədi daşıyırdı.

İşğal dövründə Ermənistan tərəfi orada yaşayan şəxslərin sayını süni şəkildə artırıb və bu şişirtmə müqabilində xarici fondlardan böyük məbləğlərlə ianələr, yardımlar alınıb, xaricdəki ermənilərdən bu ad altında davamlı şəkildə vəsaitlər toplanıb. Ona görə də siyasi riyakarlığa adət edən Ermənistan hazırda başqa üsula, yəni süni qaçqınlıq statusu şousuna əl atıb.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 335 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 335 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 335 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 335 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 335 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 335 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 335 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 335 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 335 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 335 baxış
Seçilmişlər
icon