Pleyeri seçin:

Ermənistanın siyasəti iflasa uğradı | Böyük güclər Zəngəzur məsələsinə qarışır?

13 fevral 2025 368 baxış

“Azərbaycan, Türkiyə və İsrailin təzyiqi altında olan Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Zəngəzur dəhlizinin taleyini həll edəcəklər”.

Bunu erməni politoloq Artur Xaçikyan deyib.

“Türkiyə və Azərbaycan öz nüfuzlarından Zəngəzur dəhlizini əldə etmək, Sünikdə azərbaycanlıları məskunlaşdırmaq, İsrail isə Trampın təklifi əsasında fələstinliləri Qəzza zolağından çıxarmaq üçün istifadə edir”, – ekspert bildirib.

A.Xaçikyanın fikrincə, böyük dövlətlərin Ermənistanda heç bir strateji maraqları yoxdur, buna görə də onlar seçimlərini Azərbaycan və Türkiyədən yana edəcəklər: “Ermənistanın Rusiya və ABŞ-yə yönəlik siyasəti tamamilə iflasa uğrayıb. Qarşıdakı dövrdə Ermənistanın özünümüdafiə rıçaqları olmayacaq. Ermənistan hökuməti ABŞ ilə bağlı siyasətində uğursuzluğa düçar oldu, Tramp administrasiyası ilə heç bir əlaqə qura bilmədi. Ermənistanın Vaşinqtonda heç bir əlaqəsi vasitəsi və təsir rıçaqları yoxdur. Bu, Nikol Paşinyanın Vaşinqtona son uğursuz səfərindən sonra aydınlaşdı. Heç kim onun fərqinə varmadı, kimsə görmədi, heç kim haqqında yazmadı, səfərin qeyri-rəsmi selfidən başqa nəticəsi olmadı.

Hökumətin Rusiyaya qarşı siyasəti də tamamilə alt-üst olub, yeddi ildir ölkədə şiddətli anti-Rusiya təbliğatı aparılır. Ermənistanın taleyi yenidən onun iştirakı olmadan həll olunacaq, o, bu vaxt dəhlizdə gözləyəcək.

İsrail, Türkiyə və Azərbaycanın təzyiqi altında olan Putin və Tramp çox güman ki, Zəngəzur dəhlizinin taleyini həll edəcək. Onlar İrana bu məsələdə güzəştə getməsi üçün təzyiq edə bilərlər. Qafqazın taleyi müzakirə olunacaq, ümid edək ki, bu, İsrail və Azərbaycanla müttəfiqlik yolu ilə Türkiyənin nüfuzunun güclənməsinə səbəb olmayacaq, ya da Ermənistan Türkiyənin əlinin altına verilməyəcək. Yeddi ildir sərt anti-Rusiya siyasəti yürüdən hökumətlə Moskvanın köməyinə ümid etmək çətindir. Trampın maraqları da İsrail, Türkiyə və Azərbaycanla bağlıdır”.

A.Xaçikyanın proqnozuna görə, Putin və Tramp arasında gələcəkdəki görüşün nəticəsi olaraq, Zəngəzur Bakı və Ankaranın nəzarətinə veriləcək.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 368 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 368 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 368 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 368 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 368 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 368 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 368 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 368 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 368 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 368 baxış
Seçilmişlər
icon