Ermənistanın siyasi kursu dəyişir?
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla dəmir yolu əlaqəsinin qarşılıqlı şəkildə sadələşdirilməsinə dair təklif irəli sürüb.
Bakı uzun illərdir ki, Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolu xəttinin bərpasını dəstəkləyir. Ermənistan ərazisindən keçəcək bu xətt Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək. Bakı bu yolun Azərbaycanın gömrük və sərhəd nəzarəti altında fəaliyyət göstərməsini tələb edir.
Ermənistan isə əvvəllər bu şərtlərə qarşı çıxırdı. Lakin N.Paşinyanın son açıqlamaları onu göstərir ki, İrəvan artıq dəmir yolu əlaqələrinin qarşılıqlı şəkildə sadələşdirilməsinə və normallaşmasına müsbət yanaşdığını ifadə etməklə mövqeyində korrektələr etmək istəyini ortaya qoyur. Bu dəyişiklik Ermənistanın iqtisadi və geosiyasi maraqlarından irəli gəlir.
Bütün bunların fonunda Ermənistanın siyasi kursunda da müəyyən dəyişiklik olacağı ehtimalı güclənir. Bu fikrin güclənməsinə səbəb Ermənistanda konstitusiyanın mətninin dəyişdirilməsi ilə bağlıdır.
Belə ki, ədliyyə naziri Srbui Qalyan bildirib ki, ölkənin yeni konstitusiya mətninin gələn ilədək hazır olması planlaşdırılır.
Bu, N.Paşinyan hökumətinin daxili və xarici siyasətində ciddi dəyişikliklər etməyə hazırlaşdığını göstərir. Yeni konstitusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq bir mətn olması ehtimalı böyükdür. Bu, dolayısı ilə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən qəbul etmək anlamına gələ bilər.
N.Paşinyan Administrasiyasının son açıqlamaları göstərir ki, Ermənistan artıq Azərbaycanın irəli sürdüyü təkliflərə uyğun mövqe sərgiləyir. Dəmir yolu əlaqəsinin sadələşdirilməsi və yeni konstitusiya dəyişiklikləri İrəvanın regional inteqrasiyaya hazırlaşdığını göstərir. Əgər bu proses uğurla davam edərsə, Cənubi Qafqazda uzunmüddətli sabitlik və iqtisadi inkişaf üçün yeni imkanlar yaranacaq.
#Ermənistan teqi istifadə olunub
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
- Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV
- Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV
