Ermənistanla sülh sazişi mətninə Qərbi Azərbaycan məsələsi artıq daxil edilib
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?” adlı süjetdə ötən həftə Bakının İrəvana sülh sazişi ilə bağlı yeni təkliflər paketi göndərməsindən bəhs olunub.
Bildirilir ki, Bakıdan İrəvana göndərilən 10-cu paketlə bağlı "Hraparak" qəzeti diplomatik mənbələrinə istinadən yazır:
"Azərbaycan Ermənistana göndərdiyi sülh sazişinin 10-cu paketində yeni tələblər irəli sürüb. Azərbaycan bu tələbini ötən ilin dekabr ayında səsləndirib. İndi isə bunu yazılı şəkildə təqdim edib. Ermənistan hökuməti bu tələbi icra etməyə hazırlaşır. Bu tələblərdən biri də azərbaycanlıların öz doğma yurdlarına qayıtmasıdır. Bakı bunu beynəlxalq hüquqa əsaslanaraq irəli sürür. Ermənistan mediası isə bunu "Bakının Qərbi Azərbaycan tələbi" kimi təqdim edir".
Qeyd olunur ki, Qərbi Azərbaycan məsələsi – azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması rəsmi Bakının əsas prioritetlərindəndir:
"Görünür, bu məsələ artıq Ermənistanla sülh sazişi mətninə daxil edilib. Ermənistan tərəfi bu məsələni arxa plana keçirməyə, sülh danışıqlarında müzakirə edildiyini gizlətməyə çalışır".
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
