Siyasət
Pleyeri seçin:

Əsassız iddiaları qəbuledilməzdir | XİN-dən Makronun təxribat dolu açıqlamalarına reaksiya

06 yanvar 2025 28 baxış

Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidentinin səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları barədə medianın sualına cavabında deyib.

"Maraqlıdır ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etməyib.

Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistan işğalına son qoymaq məqsədilə aparılıb.

Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamalarını qətiyyətlə pisləyirik.

Fransanın məkrli neokolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir.

Digər ölkələri təqsirləndirmək əvəzinə Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı. Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik", – o vurğulayıb.

Türkiyə ilə Suriya arasındakı əlaqələr bizi çox sevindirir | İlham Əliyev

Türkiyə ilə Suriya arasındakı əlaqələr bizi çox sevindirir | İlham Əliyev

Siyasət
07 yanvar 2025 28 baxış
40 dəqiqə ərzində bir dənə polis maşını oraya yaxınlaşmamışdı... | İlham Əliyevdən açıqlama

40 dəqiqə ərzində bir dənə polis maşını oraya yaxınlaşmamışdı... | İlham Əliyevdən açıqlama

Siyasət
07 yanvar 2025 28 baxış
Bundan sonra həm gülməli, həm ağlamalı hadisələr baş verdi | İlham Əliyev

Bundan sonra həm gülməli, həm ağlamalı hadisələr baş verdi | İlham Əliyev

Siyasət
07 yanvar 2025 28 baxış
Ermənistan rəhbərliyi bunları nəzərə alsın | Prezidentdən Zəngəzurla bağlı açıqlama

Ermənistan rəhbərliyi bunları nəzərə alsın | Prezidentdən Zəngəzurla bağlı açıqlama

Siyasət
07 yanvar 2025 28 baxış
İlham Əliyev Fransanın siyasi səhnəsindən danışdı | Fransanın indiki Prezidentinin rəqibləri...

İlham Əliyev Fransanın siyasi səhnəsindən danışdı | Fransanın indiki Prezidentinin rəqibləri...

Siyasət
07 yanvar 2025 28 baxış
Bu il keçmiş köçkünlərlə bağlı plan nədir? | İlham Əliyevdən açıqlama

Bu il keçmiş köçkünlərlə bağlı plan nədir? | İlham Əliyevdən açıqlama

Siyasət
07 yanvar 2025 28 baxış
Azərbaycan Ermənistanın arxasında duranlara bu imkanları verməyəcək | İlham Əliyev

Azərbaycan Ermənistanın arxasında duranlara bu imkanları verməyəcək | İlham Əliyev

Siyasət
07 yanvar 2025 28 baxış
İlham Əliyevdən Qazaxın qaytarılan 4 kəndi ilə bağlı açıqlama

İlham Əliyevdən Qazaxın qaytarılan 4 kəndi ilə bağlı açıqlama

Siyasət
07 yanvar 2025 28 baxış
Ermənistanı kəndlərimizin geri qaytarılmasına vadar edən amillər | İlham Əliyevdən açıqlama

Ermənistanı kəndlərimizin geri qaytarılmasına vadar edən amillər | İlham Əliyevdən açıqlama

Siyasət
07 yanvar 2025 28 baxış
Bu sistem artıq tükənib | Prezident Qərb ölkələrindəki böhrandan danışdı

Bu sistem artıq tükənib | Prezident Qərb ölkələrindəki böhrandan danışdı

Siyasət
07 yanvar 2025 28 baxış
Seçilmişlər
icon