Pleyeri seçin:
Əvvəl Rəisi öldü, indi də... | Turan İbrahimov İran rejiminə od püskürdü
“Belə pis çıxmasın, vallah-billah bu İran ya özünü ölülüyə vurub, ya da ölüb, yerdən qaldıranı yoxdur”.
Bunu jurnalist Turan İbrahimov öz “Facebook” hesabında yazıb.
“O boyda prezidenti “Nuh əyyamından” qalmış helikopterdə həlak oldu, xarici siyasətinin ideoloji motivinə çevrilmiş “HƏMAS”ın lideri paytaxtı Tehranın göbəyində qətlə yetirildi, indi də ovucunun içində tutduğunu fikirləşdiyi Livanın mərkəzində səfirinin gözü çıxarıldı... Bir dövləti ancaq bu qədər alçaltmaq, bu qədər trollamaq olardı…
Açığı bu qədərinə adamın inanmağı gəlmir. Hər şey daha çox İranın öz içindəkilərin hoqqasına oxşayır. İran rejimi içindən çürüyür, xəbəri yoxdur”, – T.İbrahimov qeyd edib.
Kopyalandı
#İran teqi istifadə olunub
- İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA
- Saf termonüvə texnologiyası ilə yeni silah üzərində iş aparıldığı iddia olunur
- Həsən Ruhani İranın hərbi gücünü şişirtməyi “xəyanət” adlandırıb
- Zəngəzur dəhlizi təzyiq, güc və tranzit imperiyalarını dağıdacaq? - AKTUAL GÜNDƏM
- İran Xəzər Konvensiyasını 2026-cı ilə qədər ratifikasiya edə bilər
