Pleyeri seçin:
FHN Türkiyədə yanğınsöndürmə əməliyyatlarını davam etdirir
Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə nazirlikdən xəbər verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Əməliyyat çərçivəsində təyyarə oktyabrın 5-də İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.
Kopyalandı
#Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Ucarın Türkəci kəndindəki evdə yanğın olub
- Alov qısa müddətdə nəzarətə götürüldü və yanğın söndürüldü - Baku TV
- Laçında baş verən yanğın FHN əməkdaşları tərəfindən söndürülüb - Baku TV
- FHN “Torqovı”da yanğının baş verdiyi ərazidə | Anbaan görüntülər - Baku TV
- "Torqovı"da baş verən güclü yanğın barədə FHN-dən açıqlama - Baku TV
