Pleyeri seçin:

Gorusda Azərbaycan kəndləri niyə boşaldılıb? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

13 fevral 2024 465 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində ermənilərin Azərbaycanın tarixi torpaqlarına köçürülməsini, törətdiyi qəddarlıqların ümumi mənzərəsini əks etdirən Gorus rayonu haqqında süjet hazırlanıb.

“İran və Türkiyədən köçürülən ermənilərin Gorus xəyalı” adlı süjetdə Azərbaycanın tarix boyu inzibati, coğrafi məkan kimi müxtəlif proseslərdən keçdiyi, Qafqaza köçürülən ermənilərin zaman-zaman məskən saldıqları məkanlarda insanlığa qarşı vandal hərəkətlər törətdiyi bildirilir.

Qeyd olunub ki, Qərbi Azərbaycanın, indiki Ermənistanın Zəngəzur mahalı ərazisində yerləşən Gorus Qafqazda ən qədim yaşayış məskənlərindən biridir. Gorus bölgəsini 200 ilə yaxın bir müddətdə – XVII-XVIII əsrlərdə Məlik Hüseynlilər tayfası idarə edib. 1805-ci ildə Qarabağa daxil olan rus qoşunları Gorus şəhərini Çar Rusiyasının hərbi qərargahına çevirib.

Diqqətə çatdırılıb ki, Gorus toponimi türk mənşəli Qorus tayfasının adı ilə bağlıdır və gorus türk etnonimi əsasında əmələ gəlib:

“Gorusda 1823-cü ildə əksəriyyəti azərbaycanlı olmaqla 119 ailə yaşayıb. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra 1829-1831-ci illərdə İrandan və Türkiyədən xeyli sayda erməni köçürülərək Zəngəzur, o cümlədən Gorus rayonunun ərazisində yerləşdirilib. Bununla da gəlmə ermənilərin hesabına əhalinin etnik tərkibi dəyişib.

Gorus rayonu Zəngəzurda erməni daşnak mərkəzi kimi tanınıb və son əsrdə azərbaycanlılara qarşı daha sərt münasibətləri ilə seçilib. 1915-ci ildən başlanan qırğınlar nəticəsində azərbaycanlılar Gorus rayonundan qovulub və nəticədə Qafan, Meğri, Gorus, Sisyan Azərbaycandan həmişəlik qoparılaraq Ermənistana verilib.

1918-ci ildə Andranikin Zəngəzurdakı azərbaycanlı kəndlərini talan edərək Gorusa gəlməsi, daşnak dəstələrinin uzun müddət burada at oynatması bu məkanda separatçı anti-türk daşnakların olduğunu sübut edən faktlardır”.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 465 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 465 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 465 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 465 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 465 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 465 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 465 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 465 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 465 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 465 baxış
Seçilmişlər
icon