Pleyeri seçin:

“Göyçəyə qayıtsam, atamın buradakı məzarından ora torpaq aparacağam” - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

12 yanvar 2024 403 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Göyçəyə qayıtsam, atamın buradakı məzarından ora torpaq aparacağam” adlı buraxılış Göyçə mahalının Basarkeçər rayonunun Dərə kənd sakini Aidə Xudaverdiyevanın həyat hekayəsinə həsr olunub.

O, qədim Oğuz yurdu, füsunkar təbiəti olan kənddə uşaqlıq, orta məktəb illərində yaşadığı gözəl anları, məhəllə, dağ, düzənlik, çay, yaylaqlarda, bulaq başında keçirdiyi maraqlı günləri xatırladıb.

Onun sözlərinə görə, 1988-ci ilin fevral ayında Qarabağda baş verən hadisələrdən sonra ermənilər qonşu kəndlərdə təxribatlar etməyə başladılar:

“Kəndimiz yolun üstündə idi. Hər gün 6-7 karvan maşın gedirdi. Artıq oktyabr, noyabr aylarından insanların narahatlığı başladı, sakinlər qorxurdular. Hər gün kəndin əli silah tutan insanları ermənilər 100 illik tarixi olan kəndə hücum etməsinlər deyə növbə çəkirdilər.

Atam bizi təhlükəsizlik üçün noyabr 24-də Gəncə şəhərinə gətirdi, özü isə yenidən kəndə qayıtdı. Ermənilər Şəmkir rayonunun Bada kəndindəki bütün əşyaları, xalçaları mənimsəmişdilər”.

Dərə kənd sakini Vətən həsrətinin ağır dərd olduğunu deyib:

“35 ildir burnumun ucu sızlayır. Doğulduğum məkana qayıtmaq ən böyük arzumdur. Həqiqətən, çox istəyərdim ki, Göyçəyə qayıdım. Atamın buradakı məzarından ora torpaq aparım. Atam elinə, torpağına o qədər bağlı insan idi. Bu gün atamın ruhu şad olsun deyə Qərbi Azərbaycana qayıtmaq istəyirəm. Həm babalarımın, həm də 10 yaşında rəhmətə gedən bacımın ruhunu şad edim”.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 403 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 403 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 403 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 403 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 403 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 403 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 403 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 403 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 403 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 403 baxış
Seçilmişlər
icon