Heç bir ölkə nəticəsiz ayrılmayacaq | Antonio Quterreş COP29-la bağlı gözləntilərdən danışdı
“Mən inanıram ki, biz iqlim maliyyəsi məsələsində həqiqətə maksimum yaxınlaşacağıq”.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yekun razılığın əldə olunması üçün tərəflərin danışıqlara meyilli olması və mövqelərinə düzəlişlər etməsi vacibdir:
“Biz inanırıq ki, heç bir ölkə bu danışıqlardan nəticəsiz ayrılmayacaq. Mən danışıqçı olmasam da hiss edirəm ki, ölkələr indiki halda öz mövqeyində qalıb”.
A.Quterreş vurğulayıb ki, yekun razılaşmanın əldə olunması üçün hər kəs gücünü birləşdirməli və səyləri artırmalıdır:
“Elmi mülahizələr də onu deməyə əsas verir ki, 1,5 dərəcəlik iqlim hədəfinə nail olmaqdan başqa çıxış yolu yoxdur. Beləliklə, reallıq dəyişməz olaraq qalır. Yəni tərəflərin yekun sənədin müddəaları üzrə razılığa gəlməsi son dərəcə önəmlidir”.