Pleyeri seçin:

Hərbi prokuror ermənilərin vəhşiliyini faktlarla xatırlatdı: Qarabağla bağlı mühüm açıqlama

18 sentyabr 2023 433 baxış

"Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb".

Bunu Baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bütün sahələri əhatə edən genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər, Laçın və Xocavənd rayonları ərazisində aşkar edilmiş ən azı 98 şəxsə aid meyit qalıqları üzrə hərtərəfli araşdırmalar aparılır. Şuşanın Daşaltı kəndi ərazisində 28 şəxsə, Xocalının Fərrux kəndi ərazisində 12, Xocavəndin Edilli kəndində 27, Füzulinin Yuxarı Seyid Əhmədli kəndində 9, Şuşa şəhərindəki həbsxana ərazisində 31 şəxsə aid olmaqla ən azı 107 şəxsə aid meyit qalıqları aşkar olunub.

Hərbi prokurorun sözlərinə görə, ermənilər qətlə yetirdiyi ehtimal olunan və itkin düşmüş sayılan şəxsləri ümumbəşəri, dini və insanlıq qaydalarına uyğun olmadan, yəni qəbir qazılmadan quyu qazılmaqla kütləvi şəkildə basdırdığından meyit qalıqlarının müasir cihazlarla aşkarlanması effekt vermir.

"Füzulinin Aşağı Seyidəhmədli kəndində müasir cihazlarla axtarış müsbət nəticə verməyib. Adətən kütləvi məzarlıqlar əsirlikdən qayıtmış ayrı-ayrı şəxslərin ifadələri və əyani şəkildə göstərdikləri ərazilərdə tapılır”, – X.Vəliyev qeyd edib.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 433 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 433 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 433 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 433 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 433 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 433 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 433 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 433 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 433 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 433 baxış
Seçilmişlər
icon