Pleyeri seçin:
Hikmət Hacıyev itkin düşən azərbaycanlılar haqqında paylaşım edib
“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin mühüm hissəsidir. Amma Ermənistan bu faktları gizlədir, inkar edir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.
O bildirib ki, Ermənistan indiyədək Birinci Qarabağ müharibəsi zamanı erməni əsir düşərgələrində 4 000 azərbaycanlının işgəncələrə məruz qaldığı, qeyri-insani rəftara məruz qalaraq öldürüldüyü kütləvi məzarların geolokasiyasını təqdim etməkdən imtina edir:
“Kütləvi məzarlıqlarda qalıqları tapılan 15 itkin düşmüş şəxsdən biri Hüseynov Gülverdinin qızları 30 ildən sonra nəhayət ki, atalarının məzarlığa qovuşduğuna çox seviniblər”.
Kopyalandı
#Hikmət Hacıyev teqi istifadə olunub
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
- Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım - Baku TV
- Hikmət Hacıyev: "Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq"
