Pleyeri seçin:

Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım - Baku TV

30 avqust 2026 39 baxış

“Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi dərin humanitar və milli əhəmiyyət kəsb edən məsələ olaraq qalır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib ki, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır:

“Məsələ Zati-aliləri Prezident İlham Əliyevin daim diqqət və qayğısı altındadır. Dövlət başçısı tərəfindən qoyulan vəzifələrə uyğun olaraq Dövlət Komissiyası itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, aşkarlanması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və qalıqlarının on illərlə davam edən qeyri-müəyyənlikdən sonra ailələrə qaytarılması üçün sistemli səylərini davam etdirir. Şahidlərin ifadələri yoxlanılır, güman edilən dəfn yerləri araşdırılır, kütləvi məzarlıqlar qazılır və aşkar edilən qalıqlar məhkəmə və DNT müayinəsi ilə araşdırılır. Bu günə qədər 32 kütləvi məzar tapılıb və 328 nəfər itkin DNT müayinəsi ilə müəyyən edilib”.

Hikmət Hacıyev əlavə edib ki, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən dəfn yerləri barədə dəqiq və əhatəli məlumatın verilməsi vacib olaraq qalır. Belə əməkdaşlıq ilk növbədə humanitar öhdəlikdir və minlərlə ailənin onilliklər boyu davam edən qeyri-müəyyənliyə son qoymaq üçün vacibdir:

“Çətin relyefə, hava şəraitinə, eləcə də mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrə baxmayaraq, axtarış əməliyyatları bütün mövcud resurslar və qabaqcıl texnologiyalarla davam edir. Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var. Hər itkin düşmüş şəxsin adı var. Hər ailə cavab almağa layiqdir”.

ADEX 2026-da silah, yoxsa texnologiya danışılacaq? | Müdafiə sənayesində yeni Azərbaycan modeli

ADEX 2026-da silah, yoxsa texnologiya danışılacaq? | Müdafiə sənayesində yeni Azərbaycan modeli

Siyasət
30 avqust 2026 39 baxış
Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV

Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV

Siyasət
29 avqust 2026 39 baxış
Prezident Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Prezident Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Siyasət
29 avqust 2026 39 baxış
Azərbaycan Polşa televiziyasının qərəzli süjetinə rəsmi etirazını bildirdi - Baku TV

Azərbaycan Polşa televiziyasının qərəzli süjetinə rəsmi etirazını bildirdi - Baku TV

Siyasət
28 avqust 2026 39 baxış
Rusiyanın planı baş tutmadı | Lavrov Ermənistanı niyə təhdid etdi?  - Baku TV

Rusiyanın planı baş tutmadı | Lavrov Ermənistanı niyə təhdid etdi? - Baku TV

Siyasət
28 avqust 2026 39 baxış
Şərqlə Qərbi birləşdirən şəhər | Beynəlxalq forumun iştirakçıları Səmərqənddə - Baku TV

Şərqlə Qərbi birləşdirən şəhər | Beynəlxalq forumun iştirakçıları Səmərqənddə - Baku TV

Siyasət
28 avqust 2026 39 baxış
Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda Türk Şəhidliyi abidəsi ziyarət olundu - Baku TV

Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda Türk Şəhidliyi abidəsi ziyarət olundu - Baku TV

Siyasət
28 avqust 2026 39 baxış
Naməlum şəxslərin yerləşdirdiyi təxribat xarakterli şəkillərin məqsədi nədir? - ANA XƏBƏR

Naməlum şəxslərin yerləşdirdiyi təxribat xarakterli şəkillərin məqsədi nədir? - ANA XƏBƏR

Siyasət
27 avqust 2026 39 baxış
"Onun sifarişi ilə öldürülənlər təkcə azərbaycanlılar deyil" | Koçaryan yenə həbs edildi - Baku TV

"Onun sifarişi ilə öldürülənlər təkcə azərbaycanlılar deyil" | Koçaryan yenə həbs edildi - Baku TV

Siyasət
27 avqust 2026 39 baxış
Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribata Bakıdan reaksiya - Baku TV

Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribata Bakıdan reaksiya - Baku TV

Siyasət
27 avqust 2026 39 baxış
Seçilmişlər
icon