Pleyeri seçin:

Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV

02 oktyabr 2026 359 baxış

“Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ümumi fayda prinsipləri əsasında inkişaf edir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyətini qəbul etməsi ilə bağlı “X” sosial media hesabında paylaşımında vurğulayıb. O, oktyabrın 1-də Avropanın nümayəndə heyətini qəbul etməkdən məmnun olduğunu bildirib.

“Son dövrdə yüksək səviyyəli təmaslar vasitəsilə siyasi dialoq intensivləşib, praktiki əməkdaşlıq isə əhəmiyyətli dinamika qazanıb” deyən Hikmət Hacıyev həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, xüsusilə Orta Dəhliz çərçivəsində oynadığı strateji rol ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən olduğunu diqqətə çatdırıb.

“Eyni zamanda, əməkdaşlıq təmiz enerji, rəqəmsal transformasiya və innovasiyalar, eləcə də investisiyalar sahələrini də əhatə edir. Bu il təhlükəsizlik sahəsində dialoqumuzu Siyasi və Təhlükəsizlik Dialoqu səviyyəsinə genişləndirmişik və yeni hərtərəfli ikitərəfli saziş, eləcə də yenilənmiş Tərəfdaşlıq Prioritetləri üzərində iş aparırıq. İnkişaf edən ikitərəfli gündəm ümumi maraqları praktiki nəticələrə çevirmək üçün imkan yaradır”, – deyə H.Hacıyev əlavə edib.

Banner
Ermənistan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrini necə inkişaf etdirməyi planlaşdırır?

Ermənistan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrini necə inkişaf etdirməyi planlaşdırır?

Siyasət
22 noyabr 2026 359 baxış
İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

Siyasət
22 noyabr 2026 359 baxış
Prezident İlham Əliyevi hava limanında Vyetnamın rəsmi şəxsləri yola salıblar - Baku TV

Prezident İlham Əliyevi hava limanında Vyetnamın rəsmi şəxsləri yola salıblar - Baku TV

Siyasət
22 noyabr 2026 359 baxış
Prezident İlham Əliyev Vyetnamın paytaxtı Hanoyda rəsmi mərasimlə qarşılanıb - Baku TV

Prezident İlham Əliyev Vyetnamın paytaxtı Hanoyda rəsmi mərasimlə qarşılanıb - Baku TV

Siyasət
21 noyabr 2026 359 baxış
Ermənistan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrini necə inkişaf etdirməyi planlaşdırır?

Ermənistan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrini necə inkişaf etdirməyi planlaşdırır?

Siyasət
21 noyabr 2026 359 baxış
İki ölkə arasında tərəfdaşlığın yeni imkanları və perspektivləri - Baku TV

İki ölkə arasında tərəfdaşlığın yeni imkanları və perspektivləri - Baku TV

Siyasət
21 noyabr 2026 359 baxış
Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər | İlham Əliyev

Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər | İlham Əliyev

Siyasət
21 noyabr 2026 359 baxış
Prezident İlham Əliyev Azərbaycan-Vyetnam əlaqələrindən danışdı - Baku TV

Prezident İlham Əliyev Azərbaycan-Vyetnam əlaqələrindən danışdı - Baku TV

Siyasət
21 noyabr 2026 359 baxış
Gələn il biz diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünü qeyd edəcəyik | İlham Əliyev

Gələn il biz diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünü qeyd edəcəyik | İlham Əliyev

Siyasət
21 noyabr 2026 359 baxış
Mehriban Əliyeva və No Fon Li Hanoyda İrs Evində olublar - Baku TV

Mehriban Əliyeva və No Fon Li Hanoyda İrs Evində olublar - Baku TV

Siyasət
21 noyabr 2026 359 baxış
Seçilmişlər
icon