Pleyeri seçin:

Mehriban Əliyeva və No Fon Li Hanoyda İrs Evində olublar - Baku TV

21 noyabr 2026 123 baxış

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhnə Məhəlləsindəki XIX əsrdə tikilmiş, orijinal yaşayış memarlığını və tacir həyat tərzini əks etdirən İrs Evində Vyetnam irsinə aid əl işləri haqqında məlumat verilib. Azərbaycanın birinci xanımı və qızları Vyetnam çay təqdimetmə mərasiminə baxıblar.

Sonra tarixi XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş ənənəvi ifa sənəti nümayiş etdirilib. Bu, qadın ifaçının poetik ifası ilə üçsimli musiqi alətinin və barabanın müşayiətini özündə birləşdirir.

Daha sonra Vyetnamın rəmzi milli geyimi nümayiş olunub. Ənənəvi ipək parçalardan hazırlanmış, naxış və işləmələrlə bəzədilmiş milli geyimlər Vyetnamın müxtəlif dövrlərini əhatə edir.

Sonda Azərbaycanın birinci xanımına Vyetnam kalliqrafiya sənəti nümunəsi təqdim olunub.

Banner
Ermənistan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrini necə inkişaf etdirməyi planlaşdırır?

Ermənistan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrini necə inkişaf etdirməyi planlaşdırır?

Siyasət
22 noyabr 2026 123 baxış
İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

Siyasət
22 noyabr 2026 123 baxış
Prezident İlham Əliyevi hava limanında Vyetnamın rəsmi şəxsləri yola salıblar - Baku TV

Prezident İlham Əliyevi hava limanında Vyetnamın rəsmi şəxsləri yola salıblar - Baku TV

Siyasət
22 noyabr 2026 123 baxış
Prezident İlham Əliyev Vyetnamın paytaxtı Hanoyda rəsmi mərasimlə qarşılanıb - Baku TV

Prezident İlham Əliyev Vyetnamın paytaxtı Hanoyda rəsmi mərasimlə qarşılanıb - Baku TV

Siyasət
21 noyabr 2026 123 baxış
Ermənistan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrini necə inkişaf etdirməyi planlaşdırır?

Ermənistan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrini necə inkişaf etdirməyi planlaşdırır?

Siyasət
21 noyabr 2026 123 baxış
İki ölkə arasında tərəfdaşlığın yeni imkanları və perspektivləri - Baku TV

İki ölkə arasında tərəfdaşlığın yeni imkanları və perspektivləri - Baku TV

Siyasət
21 noyabr 2026 123 baxış
Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər | İlham Əliyev

Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər | İlham Əliyev

Siyasət
21 noyabr 2026 123 baxış
Prezident İlham Əliyev Azərbaycan-Vyetnam əlaqələrindən danışdı - Baku TV

Prezident İlham Əliyev Azərbaycan-Vyetnam əlaqələrindən danışdı - Baku TV

Siyasət
21 noyabr 2026 123 baxış
Gələn il biz diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünü qeyd edəcəyik | İlham Əliyev

Gələn il biz diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünü qeyd edəcəyik | İlham Əliyev

Siyasət
21 noyabr 2026 123 baxış
Hanoyda Prezident və birinci xanımın şərəfinə rəsmi nahar verildi - Baku TV

Hanoyda Prezident və birinci xanımın şərəfinə rəsmi nahar verildi - Baku TV

Siyasət
21 noyabr 2026 123 baxış
Seçilmişlər
icon