Prezident İlham Əliyev Vyetnamın paytaxtı Hanoyda rəsmi mərasimlə qarşılanıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub.
Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam və xanımı No Fon Li Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.
Azərbaycanın və Vyetnamın Dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Vyetnam Sosialist Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri isə Prezident To Lama təqdim edilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
Sonra rəsmi foto çəkdirilib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
- Prezident İlham Əliyevi hava limanında Vyetnamın rəsmi şəxsləri yola salıblar - Baku TV
- İki ölkə arasında tərəfdaşlığın yeni imkanları və perspektivləri - Baku TV
- Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər | İlham Əliyev
- Prezident İlham Əliyev Azərbaycan-Vyetnam əlaqələrindən danışdı - Baku TV
