Siyasət
Pleyeri seçin:

Hikmət Hacıyev Xocalı ilə bağlı paylaşım edib

26 fevral 2024

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücumu nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızcasına qətlə yetirilib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial şəbəkədəki səhifəsində yazıb.

"1 000 nəfər yaralanıb, 1 275 nəfər girov götürülüb. Bu günədək Xocalıdan 150 nəfər itkin düşüb. Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhalinin qəsdən törədilən kütləvi qırğını “soyqırımı” və “insanlığa qarşı cinayət”dir. Xocalıda törədilən cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılan və sistemli etnik təmizləmə siyasətinin və təcrübəsinin tərkib hissəsidir.

Xocalı soyqırımı İkinci Dünya müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilən ən dəhşətli kütləvi qırğın idi. Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin tam sükut və laqeydliyi şəraitində baş verib.

Xocalı qurbanlarının ədalətini Azərbaycan dövlətinin özü təmin edib. Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib və bu cinayətin bir qrup təşkilatçısı və icraçısı tezliklə məhkəmə qarşısına çıxarılacaq. Amma bizim ən böyük təsəllimiz odur ki, Xocalıdan sağ çıxanlar və hər bir Azərbaycan vətəndaşı artıq azad edilən Xocalını, bütün Qarabağı və Şərqi Zəngəzuru azad, ləyaqət və qürurla ziyarət edə bilər", – deyə Hikmət Hacıyev yazıb.

Paşinyandan sərhəd paylaşımı | Armavir vilayətinə səfərinin məqsədi

Paşinyandan sərhəd paylaşımı | Armavir vilayətinə səfərinin məqsədi

Siyasət
26 iyul 2024
Paşinyan dəvəti qəbul edib Azərbaycana gələrsə… | Ekspertlərdən mühüm açıqlama

Paşinyan dəvəti qəbul edib Azərbaycana gələrsə… | Ekspertlərdən mühüm açıqlama

Siyasət
26 iyul 2024
Hərb, yoxsa sülh: Qərb regiona necə təsir edir? | Qarabağ Xronikası 144-cü buraxılış

Hərb, yoxsa sülh: Qərb regiona necə təsir edir? | Qarabağ Xronikası 144-cü buraxılış

Siyasət
26 iyul 2024
“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi”

“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi”

Siyasət
26 iyul 2024
Erməni ekspertdən qalmaqallı açıqlama |  Paşinyan COP29-da iştirakdan imtina edərsə…

Erməni ekspertdən qalmaqallı açıqlama | Paşinyan COP29-da iştirakdan imtina edərsə…

Siyasət
26 iyul 2024
Ermənistan müharibəyə belə hazırlaşır? - Qərb bunu bacardı ki...

Ermənistan müharibəyə belə hazırlaşır? - Qərb bunu bacardı ki...

Siyasət
26 iyul 2024
Azərbaycan Somaliyə dəstək verməyə hazırdır | Tələbələrlə bağlı açıqlama

Azərbaycan Somaliyə dəstək verməyə hazırdır | Tələbələrlə bağlı açıqlama

Siyasət
26 iyul 2024
ABŞ Ermənistanı sülhə buna görə tələsdirir | Qabrielyandan açıqlama

ABŞ Ermənistanı sülhə buna görə tələsdirir | Qabrielyandan açıqlama

Siyasət
26 iyul 2024
Ceyhun Bayramov Somali XİN rəhbəri ilə hansı məsələləri müzakirə etdi?

Ceyhun Bayramov Somali XİN rəhbəri ilə hansı məsələləri müzakirə etdi?

Siyasət
26 iyul 2024
Ceyhun Bayramovdan Ermənistanla danışıqlar barədə vacib açıqlama

Ceyhun Bayramovdan Ermənistanla danışıqlar barədə vacib açıqlama

Siyasət
26 iyul 2024
Seçilmişlər
icon