Pleyeri seçin:

Hərb, yoxsa sülh: Qərb regiona necə təsir edir? | Qarabağ Xronikası 144-cü buraxılış

26 iyul 2024 434 baxış

"Qarabağ xronikası" verilişinin 144-cü buraxılışı yayımlanıb.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Cənubi Qafqaz bölgəsində cərəyan edən hərbi-siyasi proseslərdən, bu proseslərin hansı fəsadlar törədə biləcəyindən bəhs edib.

O bildirib ki, Ermənistanda keçirilən təlimlər xarakterinə görə xüsusi təyinatlı qüvvələrin məşqlərini xatırladır:

“ABŞ ikinci il dalbadal Ermənistanla birgə hərbi təlimlər keçirir. Adını “Beynəlxalq sülhməramlı missiyalar zamanı və sabitliyin qorunmasına yönəlik əməliyyatlarda çevik uzlaşmasının artırılması” qoysalar da, görünənlər tam başqa fəaliyyətdən xəbər verir.

Belə ki, Ermənistanda təlimlərdə olan ABŞ qüvvələrinin 2-ci süvari alayı 1991-cı ildə İraqa qarşı “Səhrada Tufan” əməliyyatında iştirak edib. 2003-cü ildə isə koalisiya qüvvələri yenidən İraqa təcavüz etdikdə bu alay Bağdaddan Nəcəf və Əl-Küt yaşayış məntəqəsinə qədər uzanan bölgədə işğalçı qüvvələrə qarşı üsyan qaldıran əhaliyə qarşı əməliyyatlar keçirib. Sonrakı dövrlərdə alay NATO-nun Bosniya və Hersoqovina və Əfqanıstandakı missiyalarında iştirak edib”.

“Təlimlər sülhün qorunmasından çox çevik şəkildə hər hansı bir əraziyə daxil olub onu nəzarətə götürməkdən xəbər verir. ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinin təlimləri izləməsi isə məsələnin siyasi tərəfini qabardır”, – deyə o qeyd edib.

Fərdin İsazadə vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında baş verə biləcək növbəti gərginlik tək bu iki ölkəni deyil, bütün bölgəni əhatə edəcək:

“Görünən odur ki, 4 il öncə “sülh göyərçini” olan kollektiv Qərb bu gün bölgədə “ölüm mələyi” rolunu oynamaq xülyasına düşüb. Lev Tolstoyun əsərindəki qəhrəman Andrey Bolkonskinin dediyi kimi: Müharibə nəzakət deyil, həyatda ən iyrənc işdir. Bunu başa düşmək lazımdır, müharibə oynamağa gərək yoxdur və bu dəhşətli zərurətə ciddi yanaşılmalıdır”.

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Siyasət
20 dekabr 2025 434 baxış
Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 dekabr 2025 434 baxış
Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Siyasət
20 dekabr 2025 434 baxış
Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 dekabr 2025 434 baxış
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 dekabr 2025 434 baxış
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 434 baxış
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 dekabr 2025 434 baxış
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 dekabr 2025 434 baxış
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 434 baxış
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 dekabr 2025 434 baxış
Seçilmişlər
icon