Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü keçirilib
8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə edilən razılaşmaların həyata keçirilməsi üzrə Ermənistan-ABŞ işçi qrupunun ilk görüşü baş tutub.
Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan və ABŞ dövlət katibinin müavininin köməkçisi Sonata Koulter iki ölkə arasında fəal inkişaf edən strateji tərəfdaşlığı yüksək qiymətləndirib.
V.Kostanyan ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olması işində əhəmiyyətli dəstəyini vurğulayıb və Ermənistanın 8 avqust 2025-ci il tarixində imzalanan anlaşma memorandumlarının icrasında maraqlı olduğunu təsdiqləyib.
Görüşdə TRIPP layihəsi çərçivəsində gələcək addımlar, süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlıq, həmçinin enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa toxunulub.
Tərəflər əldə edilən razılaşmalar üzrə əhəmiyyətli irəliləyişi qeyd ediblər və məqsədlərin qısa müddətdə həyata keçirilməsi üçün müzakirələri davam etdirməyi qərara alıblar.
#Ermənistan teqi istifadə olunub
- Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV
- Azərbaycandan Ermənistana göndərilən yanacaq Biləcəridən yola salınıb - Baku TV
- Göyçədə 35 şagirdi olan kənddə 800 şagirdlik məktəb azərbaycanlılar üçün tikilir?
- Macarıstan Azərbaycana görə qoyduğu vetonu geri götürüb - Paşinyan təsdiqlədi
- Erməni politoloq Ərdoğanın açıqlamasını belə şərh etdi
