Pleyeri seçin:

Kreml Aİ-nin Kiyevlə bağlı planına susur

16 dekabr 2025 209 baxış

“Bizim mövqeyimiz aydındır və hamıya məlumdur. Bunu amerikalılar və ukraynalılar da başa düşürlər. Biz Ukraynaya yenidən müharibəyə hazırlaşmaq üçün nəfəs almaq imkanı vermək məqsədilə atəşkəs istəmirik, sülh istəyirik. Biz bu müharibəni dayandırmaq, məqsədlərimizə çatmaq, maraqlarımızı təmin etmək arzusundayıq. Bununla yanaşı, Avropada sülhün hökm sürdüyü bir gələcək yaratmaq istəyirik”.

Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Müsahibəsi zamanı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında son telefon danışığının tarixi ilə bağlı suala cavab olaraq Dmitri Peskov Kremlin ən son belə bir xəbəri nə zaman yayımladıqlarına diqqət yetirməyi istəyib.

Qeyd edək ki, iki lider arasında telefon danışığı barədə Kremlin rəsmi saytında sonuncu dəfə oktyabrın 16-da məlumat verilib.

D.Peskov əlavə edib ki, ondan sonra heç bir danışıq olmayıb.

ABŞ Prezidenti Donald Tramp isə dekabrın 16-sı açıqlamasında vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı bir neçə gün öncə Vladimir Putinlə telefonla danışıb.

D.Peskovun sözlərinə əsasən, Kreml hələlik Avropa İttifaqı liderlərinin Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatının mətnini görməyib. Buna görə də məsələ ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirməyəcək.

“İndiyə qədər medianın xəbərlərini görmüşük. Moskva Aİ liderlərinin zəmanətləri ilə bağlı bəyanatının mətnini görəndən sonra təhlil edəcək”, – deyə Dmitri Peskov əlavə edib.

Portuqaliya İrandakı səfirliyini bağladı

Portuqaliya İrandakı səfirliyini bağladı

Dünya
15 yanvar 2026 209 baxış
İranda rejimin süqutu qaçılmaz oldu? - Trampın mövqeyi ortaya çıxdı - Baku TV

İranda rejimin süqutu qaçılmaz oldu? - Trampın mövqeyi ortaya çıxdı - Baku TV

Dünya
15 yanvar 2026 209 baxış
Rusiya Ukraynanın “Çernomorsk” limanını vurdu

Rusiya Ukraynanın “Çernomorsk” limanını vurdu

Dünya
15 yanvar 2026 209 baxış
ABŞ-də baş verənlər böyük rezonans doğurub

ABŞ-də baş verənlər böyük rezonans doğurub

Dünya
15 yanvar 2026 209 baxış
"Türkiyə hazırda İranla diplomatik danışıqlar aparır" | Ekspertdən açıqlama

"Türkiyə hazırda İranla diplomatik danışıqlar aparır" | Ekspertdən açıqlama

Dünya
15 yanvar 2026 209 baxış
Quterreşin xələfi olmaq üçün namizədlər irəli sürülür

Quterreşin xələfi olmaq üçün namizədlər irəli sürülür

Dünya
15 yanvar 2026 209 baxış
Baş katib postu uğrunda gərgin mübarizə | BMT-ni kim idarə edəcək? - Baku TV CANLI

Baş katib postu uğrunda gərgin mübarizə | BMT-ni kim idarə edəcək? - Baku TV CANLI

Dünya
15 yanvar 2026 209 baxış
Özbəkistanda sərxoş vəziyyətdə Trampı şikayət edən şəxs cərimələndi

Özbəkistanda sərxoş vəziyyətdə Trampı şikayət edən şəxs cərimələndi

Dünya
15 yanvar 2026 209 baxış
“İsrail ABŞ-ni İslam Respublikası ilə münaqişəyə cəlb etməyə çalışıb” | Əraqçi

“İsrail ABŞ-ni İslam Respublikası ilə münaqişəyə cəlb etməyə çalışıb” | Əraqçi

Dünya
15 yanvar 2026 209 baxış
Azərbaycanəsilli müğənni Ququş Trampdan nə istədi?

Azərbaycanəsilli müğənni Ququş Trampdan nə istədi?

Dünya
15 yanvar 2026 209 baxış
Seçilmişlər
icon