Pleyeri seçin:

ABŞ-İran münasibətləri hansı halda normallaşa bilər?

06 fevral 2026 373 baxış

Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, Prezident Donald Tramp ABŞ və İran arasında planlaşdırılan danışıqlardan nəticə gözləyir.

Əvvəlcə Türkiyədə keçirilməsi nəzərdə tutulan görüşün niyə Omana köçürüldüyü ilə bağlı jurnalistlərin sualını cavablandıran Levitt bildirib ki, Prezident üçün diplomatiya əsas prioritet olaraq qalır.

“İstər müttəfiqlərimiz, istərsə də düşmənlərimiz olsun, dünyanın hər yerindəki ölkələrlə münasibət qurarkən diplomatiya həmişə onun ilk seçimidir. Buna görə də xüsusi elçi Stiv Uitkoff və Cared Kuşner həmin danışıqlar üçün Omana səfər edəcəklər. Prezident onlardan yeniliklər gözləyir”, – deyə Levitt qeyd edib.

O eyni zamanda vurğulayıb ki, bu danışıqlar ABŞ-nin regionda hərbi mövcudluğunu artırdığı bir dövrdə keçirilir və Vaşinqton İranla mümkün razılaşmanın əldə olunub-olunmayacağını məhz bu görüşdən sonra dəyərləndirəcək.

Onun sözlərinə görə, diplomatik proses davam etsə də, Tehranın unutmamalı olduğu bir məqam var:

“Bu danışıqlar aparılarkən İrana xatırlatmaq istərdim ki, Prezidentin dünya tarixinin ən güclü ordusunun baş komandanı kimi diplomatiyadan başqa bir çox variantı da var”.

Eyni zamanda bildirilib ki, ABŞ-İran arasında normal münasibətlərin davam edib-etməyəcəyi isə bu məsləhətləşmələrin nəticəsindən asılı olacaq.

Ukraynada futbol stadionu raket hücumunun hədəfi oldu - Baku TV CANLI

Ukraynada futbol stadionu raket hücumunun hədəfi oldu - Baku TV CANLI

Dünya
07 avqust 2026 373 baxış
Ukrayna iqtisadiyyatı itkilərlə üz-üzədir

Ukrayna iqtisadiyyatı itkilərlə üz-üzədir

Dünya
07 avqust 2026 373 baxış
Ərdoğan Məkkə sazişinin önəmindən danışdı

Ərdoğan Məkkə sazişinin önəmindən danışdı

Dünya
07 avqust 2026 373 baxış
Rusiya "Ukrnafta"nın obyektlərinə zərbələr endirib

Rusiya "Ukrnafta"nın obyektlərinə zərbələr endirib

Dünya
07 avqust 2026 373 baxış
Şagirdin silahlı hücumu 9 nəfərin həyatına son qoydu

Şagirdin silahlı hücumu 9 nəfərin həyatına son qoydu

Dünya
07 avqust 2026 373 baxış
Stadion və ətraf obyektlərə ziyan dəydi

Stadion və ətraf obyektlərə ziyan dəydi

Dünya
07 avqust 2026 373 baxış
Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV

Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV

Dünya
07 avqust 2026 373 baxış
Brüssel Rusiyaya təzyiqi artırır? - Baku TV CANLI

Brüssel Rusiyaya təzyiqi artırır? - Baku TV CANLI

Dünya
07 avqust 2026 373 baxış
Məhkəmədə şok ittihamlar | "Meta" azyaşlılara görə görün nə qədər cərimələndi - Baku TV

Məhkəmədə şok ittihamlar | "Meta" azyaşlılara görə görün nə qədər cərimələndi - Baku TV

Dünya
07 avqust 2026 373 baxış
Ukraynadan Aİ-yə 220 milyon avroluq təcili yardım çağırışı - Baku TV CANLI

Ukraynadan Aİ-yə 220 milyon avroluq təcili yardım çağırışı - Baku TV CANLI

Dünya
07 avqust 2026 373 baxış
Seçilmişlər
icon