Pleyeri seçin:

Hindistan Ermənistanı savaşa hazırlayır | Erməni hərbçilərə hazırlıq məskəni - HƏRBİ XRONİKA

06 aprel 2025 833 baxış

Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində Ermənistan və Hindistan arasında qurulan hərbi əməkdaşlıq əlaqələrindən bəhs olunub.

İşğalçı ölkənin Azərbaycan tərəfindən darmadağın edilən ordusunu yenidən dirçəltmək yolunda səylərini əsirgəməyən rəsmi Dehli İrəvana göndərdiyi silahlarla yanaşı, zinvor ordusu üçün xüsusi təyinatlı qüvvələr yetişdirmək öhdəliyini də öz üzərinə götürüb.

"Indian Defence Research Wing" hərbi nəşrinin bununla bağlı yaydığı məlumata görə, Ermənistan Ordusunun nümayəndələri artıq əməkdaşlıq proqramına hazırlıq çərçivəsində Hindistanın "ŞATRUCİT" elit briqadasının bazasına da baş çəkiblər. Səfər zamanı erməni ordusunun yeni yaradılmış Xüsusi Əməliyyat Qüvvələri mənsublarının Hindistanın "High Altitude Warfare School" (HAWS) − "Yüksək Hündürlükdə Döyüş Məktəbi"ndə təlim keçməsi razılaşdırılıb.

Məktəb yüksək hündürlükdə döyüş, qar uçurumuna dırmaşma, dağda sağ qalma bacarıqları, əks-kəşfiyyat və eyni zamanda qar və buz sənətkarlığı üzrə əsgər və zabitlər hazırlayır.

Artıq çoxdan məlumdur ki, Ermənistanla hərbi sahədəki bu cür sıx əməkdaşlıq rəsmi Dehlinin ilk növbədə Azərbaycan-Türkiyə-Pakistan birliyinə qarşı strateji hədəflərinin olmasından irəli gəlir. Bu istiqamətdə onun revanş həvəsi ilə alışıb-yanan və bu illüziya arxasınca özünü dağa-daşa vuran Ermənistandan istifadə etməyə çalışmasında qəribə heç nə yoxdur. Çünki Qafqazın üç ölkəsi arasında yalnız Ermənistanın belə dərin “özünü istifadəyə vermə” təcrübəsi var və bundan yararlanmamaq Dehli üçün ağılsızlıq olar. Üstəlik, o halda ki, bu, hind hökumətinə həm də özünün ciddi sınaqlardan çıxmamış hərbi sənaye məhsullarını İrəvanda yaxşı qiymətə realizə etmək imkanları yaradır.

O ki qaldı Ermənistan Ordusunun, xüsusilə də sözügedən erməni əməliyyat qüvvələrinin hind xüsusi təyinatlı məktəbindən əldə edəcəklərinə, hərbi sahəyə bələdçiliyi olan hər kəs bilir ki, ölkə xaricində əldə edilən istənilən bilik və bacarıqları yerli müharibə teatrının şərtlərinə uyğunlaşdırmadan tətbiq etmək mümkün deyil. Bu, özlüyündə əsaslı yanaşma və zaman tələb edən bir işdir.

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 833 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 833 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 833 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 833 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 833 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 833 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 833 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 833 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 833 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 833 baxış
Seçilmişlər
icon