Pleyeri seçin:

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib

06 dekabr 2023 363 baxış

Prezident İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.

Görüşdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edilib.

Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.

Dövlət başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırıb.

Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ də yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.

Putinin miqrantlarla bağlı yeni qərarı yüz minlərlə azərbaycanlıya təsir edəcək? - Baku TV

Putinin miqrantlarla bağlı yeni qərarı yüz minlərlə azərbaycanlıya təsir edəcək? - Baku TV

Siyasət
27 iyul 2026 363 baxış
Azərbaycanda bəzi İran KİV-lərinin fəaliyyəti qanunsuz sayıldı - Baku TV

Azərbaycanda bəzi İran KİV-lərinin fəaliyyəti qanunsuz sayıldı - Baku TV

Siyasət
27 iyul 2026 363 baxış
Bakıda çapılan qayalar, tikintilərin fəsadı: havadakı toz normanı 1,7 dəfə keçdi - AKTUAL GÜNDƏM

Bakıda çapılan qayalar, tikintilərin fəsadı: havadakı toz normanı 1,7 dəfə keçdi - AKTUAL GÜNDƏM

Siyasət
27 iyul 2026 363 baxış
"Birliyin Gücü - 2026" | Azərbaycan yeni hərbi əməkdaşlıq formatı yaradır? - HƏRBİ XRONİKA

"Birliyin Gücü - 2026" | Azərbaycan yeni hərbi əməkdaşlıq formatı yaradır? - HƏRBİ XRONİKA

Siyasət
26 iyul 2026 363 baxış
Böyük toqquşmanın ilk işarəsi: Qafan Forumunda kim kimə qarşı birləşdi? - AKTUAL GÜNDƏM

Böyük toqquşmanın ilk işarəsi: Qafan Forumunda kim kimə qarşı birləşdi? - AKTUAL GÜNDƏM

Siyasət
25 iyul 2026 363 baxış
Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı - Baku TV

Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı - Baku TV

Siyasət
25 iyul 2026 363 baxış
Prezident İlham Əliyev Milix Yevdayevin təltif edilməsi barədə sərəncam imzaladı - Baku TV

Prezident İlham Əliyev Milix Yevdayevin təltif edilməsi barədə sərəncam imzaladı - Baku TV

Siyasət
25 iyul 2026 363 baxış
İlham Əliyev səfirlərin təyinatı ilə bağlı sərəncam imzalayıb - Baku TV

İlham Əliyev səfirlərin təyinatı ilə bağlı sərəncam imzalayıb - Baku TV

Siyasət
24 iyul 2026 363 baxış
İran Zəngəzurda hərəkətə keçdi: TRIPP layihəsinə qarşı diplomatik cəbhə qurulur? - AKTUAL GÜNDƏM

İran Zəngəzurda hərəkətə keçdi: TRIPP layihəsinə qarşı diplomatik cəbhə qurulur? - AKTUAL GÜNDƏM

Siyasət
24 iyul 2026 363 baxış
Türk dünyasını xarici güclər ayırır, yoxsa əsas maneələr elə öz daxilimizdədir? - AKTUAL GÜNDƏM

Türk dünyasını xarici güclər ayırır, yoxsa əsas maneələr elə öz daxilimizdədir? - AKTUAL GÜNDƏM

Siyasət
24 iyul 2026 363 baxış
Seçilmişlər
icon