Siyasət
Pleyeri seçin:

İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul etdi

21 oktyabr 2024

Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.

Qəbula görə təşəkkürünü bildirən Maykl Karpenter ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu deyib. Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirib ki, ABŞ-nin bu prosesin irəli aparılmasında qəti dəstəyi var.

Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyən president İlham Əliyev vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təklifini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur.

Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Siyasət
22 noyabr 2024
Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Siyasət
22 noyabr 2024
COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

Siyasət
22 noyabr 2024
Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Siyasət
22 noyabr 2024
Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır

Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır

Siyasət
22 noyabr 2024
Rusiya-Ukrayna münaqişəsi gərgin fazaya keçir | Nüvə silahı istifadə olunacaq?

Rusiya-Ukrayna münaqişəsi gərgin fazaya keçir | Nüvə silahı istifadə olunacaq?

Siyasət
22 noyabr 2024
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirildi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirildi

Siyasət
22 noyabr 2024
Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransı keçirib

Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransı keçirib

Siyasət
22 noyabr 2024
COP29-da logistika ilə bağlı böyük uğur var | Cin Baderşnayderdən açıqlama

COP29-da logistika ilə bağlı böyük uğur var | Cin Baderşnayderdən açıqlama

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibindən COP29-la bağlı mühüm açıqlama | Tərəflərin təkana ehtiyacı var

BMT-nin Baş katibindən COP29-la bağlı mühüm açıqlama | Tərəflərin təkana ehtiyacı var

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon