Pleyeri seçin:

İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Baku TV

13 yanvar 2026 296 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə şəhərinin Baş planı ilə tanış olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlət başçısına Ağdərənin Baş planı barədə məlumat verib.

Bildirilib ki, Baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır.

Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və az sıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir. Bundan başqa, şəhərdə terras parkı, çayətrafı bulvar, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır.

Baş planla yanaşı, Ağdərə şəhərinin birinci mərhələdə yenidən qurulacaq ərazisi üzrə müfəssəl həllər də hazırlanıb. Şəhərin mənzil fondunun 420 min kvadratmetr olması, həmçinin 80 çarpayılıq xəstəxananın, 2520 şagird yerlik 5 məktəbin, 840 yerlik 5 uşaq bağçasının və peşə məktəbinin inşası planlaşdırılır.

Birinci mərhələdə sahəsi 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur. 2030-cu ilədək şəhərdə 3590 nəfərin məskunlaşması mümkün olacaq. Burada yol və küçələrin uzunluğu 46,8 kilometr, velosiped zolaqlarının uzunluğu isə 10 kilometr təşkil edəcək. Layihə çərçivəsində ictimai və yaşayış binalarının memarlıq həlləri də işlənilib. 

Azərbaycanda 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək - Baku TV

Azərbaycanda 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək - Baku TV

Siyasət
21 aprel 2026 296 baxış
Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı göndərilib

Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı göndərilib

Siyasət
21 aprel 2026 296 baxış
Azərbaycandan Ermənistana yanacaq ixracı | Detallar açıqlandı - Baku TV

Azərbaycandan Ermənistana yanacaq ixracı | Detallar açıqlandı - Baku TV

Siyasət
21 aprel 2026 296 baxış
Ağdam şəhərinə daha 92 ailə yola salınıb | ABŞ–İran danışıqları bərpa olunacaq? - YENİ BİR SƏHƏR

Ağdam şəhərinə daha 92 ailə yola salınıb | ABŞ–İran danışıqları bərpa olunacaq? - YENİ BİR SƏHƏR

Siyasət
21 aprel 2026 296 baxış
Orta Dəhliz Avropa üçün niyə əhəmiyyət daşıyır? - Baku TV

Orta Dəhliz Avropa üçün niyə əhəmiyyət daşıyır? - Baku TV

Siyasət
21 aprel 2026 296 baxış
Pakistanda danışıqların 2-ci raundu reallaşacaq? - Baku TV

Pakistanda danışıqların 2-ci raundu reallaşacaq? - Baku TV

Siyasət
20 aprel 2026 296 baxış
ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - BİZDƏN NƏ DANIŞIRLAR?

ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
20 aprel 2026 296 baxış
Hər iki ölkənin səfirləri XİN-ə çağırıldı - Baku TV CANLI

Hər iki ölkənin səfirləri XİN-ə çağırıldı - Baku TV CANLI

Siyasət
20 aprel 2026 296 baxış
Bakı mühüm foruma ev sahibliyi edəcək | Tehran və Vaşinqton nəyi və kimi gözləyir? - YENİ BİR SƏHƏR

Bakı mühüm foruma ev sahibliyi edəcək | Tehran və Vaşinqton nəyi və kimi gözləyir? - YENİ BİR SƏHƏR

Siyasət
20 aprel 2026 296 baxış
Aleksandar Vuçiç İlham Əliyevə zəng edib | Prezidentlər hansı məsələlərdən danışdı? - Baku TV

Aleksandar Vuçiç İlham Əliyevə zəng edib | Prezidentlər hansı məsələlərdən danışdı? - Baku TV

Siyasət
19 aprel 2026 296 baxış
Seçilmişlər
icon