Pleyeri seçin:
İlham Əliyev ailəsi ilə birgə Özbəkistanda Heydər Əliyevin xatirəsini sevgi və hörmətlə yad etdi
Avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar.
Daşkəndin Mirabad rayonunda yaradılan Heydər Əliyev Meydanının və Ulu Öndərin burada ucaldılmış barelyefinin 2022-ci il iyunun 21-də açılışı olub. Ərazisi tamamilə yenidən qurulan meydanda yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Həmin il Özbəkistanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin barelyefinin açılışında iştirak ediblər.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak etdi - Baku TV
- Paşinyan Putinə meydan oxudu: Avropa İttifaqı Rusiyanı əvəz edə biləcəkmi? - YEKUNLAŞDIRAQ
- "Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV
- "Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV
- "Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV
