İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul etdi | Nələr müzakirə edildi?
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kandanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığa toxunulub, birgə layihələrin uğurlu icrası qeyd edilib.
1999-cu ildən indiyədək Asiya İnkişaf Bankı tərəfindən nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən 145 kredit, qrant, investisiya və texniki yardım layihələri üzrə Azərbaycana 5,5 milyard dollar dəyərində maliyyə dəstəyinin ayrıldığı vurğulanıb.
Asiya İnkişaf Bankının Azərbaycan dövləti ilə yanaşı, özəl sektorla da uğurlu əməkdaşlıq etdiyi qeyd olunub. Bu xüsusda neft-qaz, elektrik enerjisi, yol, dəmir yolu, kənd təsərrüfatı, su təchizatı, çirkab suların axıdılması və digər istiqamətlərdə icra olunan birgə layihələrə toxunulub.
Söhbət zamanı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlərin regionun nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi üçün də böyük imkanlar yaratdığı bildirilib.
Görüşdə Mərkəzi Asiya-Azərbaycan-Avropa marşrutu üzrə bağlantıların önəmi qeyd edilib. Həmçinin ölkəmizlə bank arasında yeni layihələrə toxunulub, bu xüsusda dəmir yolu, metro şəbəkəsinin genişləndirilməsi və su təchizatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
- Azərbaycan Prezidentindən Türkiyə liderinə 29 Oktyabr təbriki - Baku TV
- Prezident İlham Əliyevin Ərdoğana təbrik məktubu "Haber Global"ın gündəmində - Baku TV
- "İki ölkə tarixin sınaqlarından keçmiş dostdur" | İlham Əliyev Ərdoğanı təbrik etdi - Baku TV
- Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV
