Pleyeri seçin:

İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul etdi

27 iyun 2024 417 baxış

Prezident İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı qəbul edib.

Dövlət başçısı Asiya İnkişaf Bankının prezidentinin regionlarımıza səfər etməsini ölkəmizdə gedən inkişaf prosesləri haqqında daha çox məlumatın əldə olunması və Azərbaycanın bu bankla sıx əməkdaşlıq əlaqələrinin davam etdirilməsi üçün yaxşı imkan yaratdığını deyib.

İlham Əliyev Azərbaycan iqtisadiyyatının həm ölkəmiz, həm də regional əməkdaşlıq üçün önəm daşıyan sahələrinin inkişafına Bankın verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Dövlət başçısı xüsusilə Azərbaycan təbii qazının nəql edilməsi layihələrinə Avropa maliyyə institutları tərəfindən bəzi maliyyə gecikmələrinin olduğu zaman bu məsələdə Asiya İnkişaf Bankının birmənalı dəstəyini yüksək qiymətləndirib.

Azərbaycan Prezidenti bununla bağlı xatırlayıb ki, əvvəllər də dediyi kimi, ölkəmiz Avropanı qazla təmin etdiyi halda Avropa bankları maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirməyiblər, lakin Asiya İnkişaf Bankı bunu edib.

Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz inkişaf etdikcə Xəzəryanı qonşu ölkələrlə və digər regionlarla güclü iqtisadi bağlantının yaradılması ilə əlaqədar qarşımızda yeni məqsədlər və çağırışlar durur.

Dövlət başçısı bu baxımdan Asiya İnkişaf Bankı ilə mövcud səmərəli əməkdaşlığın davam etdirilməsi məqsədilə yeni istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Banner
Tarixi Qorçuluda əsrlərlə kimlər yaşayıb? | Kəndin adı çar və sovet dövründə necə qeyd olunub?

Tarixi Qorçuluda əsrlərlə kimlər yaşayıb? | Kəndin adı çar və sovet dövründə necə qeyd olunub?

Siyasət
29 oktyabr 2026 417 baxış
Dağıdılmış tarixi qəbirlər: Kəsəməndə aparılan sahə işləri nələri üzə çıxardı?

Dağıdılmış tarixi qəbirlər: Kəsəməndə aparılan sahə işləri nələri üzə çıxardı?

Siyasət
29 oktyabr 2026 417 baxış
Helikopter heyətinin imkan və qabiliyyətləri yüksək qiymət aldı - Baku TV

Helikopter heyətinin imkan və qabiliyyətləri yüksək qiymət aldı - Baku TV

Siyasət
29 oktyabr 2026 417 baxış
Ermənistanda toponimlərin saxtalaşdırılması | Kəsəmən kəndinin adı necə Arpunk oldu? - Baku TV

Ermənistanda toponimlərin saxtalaşdırılması | Kəsəmən kəndinin adı necə Arpunk oldu? - Baku TV

Siyasət
29 oktyabr 2026 417 baxış
“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit keçirəcək - Baku TV

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit keçirəcək - Baku TV

Siyasət
29 oktyabr 2026 417 baxış
Kəsəməndə qırğınlar və deportasiya | Tarixi kənddə azərbaycanlı irsi necə tapıldı?

Kəsəməndə qırğınlar və deportasiya | Tarixi kənddə azərbaycanlı irsi necə tapıldı?

Siyasət
29 oktyabr 2026 417 baxış
Sülh müqaviləsi olmadan tranzit mümkündür?

Sülh müqaviləsi olmadan tranzit mümkündür?

Siyasət
29 oktyabr 2026 417 baxış
Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV

Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV

Siyasət
29 oktyabr 2026 417 baxış
"Haber Global"dan Bakıda Türkiyənin Respublika Gününə həsr olunan mərasim barədə süjet - Baku TV

"Haber Global"dan Bakıda Türkiyənin Respublika Gününə həsr olunan mərasim barədə süjet - Baku TV

Siyasət
29 oktyabr 2026 417 baxış
Azərbaycan Prezidentindən Türkiyə liderinə 29 Oktyabr təbriki - Baku TV

Azərbaycan Prezidentindən Türkiyə liderinə 29 Oktyabr təbriki - Baku TV

Siyasət
29 oktyabr 2026 417 baxış
Seçilmişlər
icon