İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə bir araya gəlib - Baku TV
Prezident İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.
Söhbət zamanı Kaya Kallasın ötən il ölkəmizə səfəri və dövlət başçısı ilə görüşü məmnunluqla xatırlanıb.
Avropa İttifaqının Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğu bildirilib.
Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq bu xüsusda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi mühüm töhfələrə toxunulub.
Ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsi ilə yanaşı, nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycanın müharibə aparanlarla paylaşa biləcəyi daha bir təcrübə - Baku TV
- Neft və qaz qiymətlərinin yüksəlişi bir çox problemlər yaradır | Prezidentdən açıqlama - Baku TV
- Qlobal Bakı Forumu nüfuzlu beynəlxalq platformaya çevrilir - Baku TV
- İlham Əliyev hazırda dünyada baş verənlərə münasibət bildirdi - Baku TV
- Sülhə nail olmanın Azərbaycan təcrübəsi | "Biz bundan əziyyət çəkirdik..." - Baku TV
