İlham Əliyev azərbaycanlıların ermənilərə görə 30 il əziyyət çəkməsindən danışdı
“Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür”.
Bu fikirləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləyib.
Dövlət başçısı əlavə edib:
“Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir.
Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır”.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
- Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV
- Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edildi - Baku TV
- İlham Əliyev vacib sərəncam imzaladı
- Bu ölkə Rusiyaya nota verdi | Trampdan sərt çıxış | Bakıda “Santa Bus” işə başladı - YENİ BİR SƏHƏR
