İlham Əliyev BƏƏ-nin iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdi
Prezident İlham Əliyev mayın 29-da “International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebin rəhbərlik etdiyi Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi-ticari istiqamətdə daha da genişləndiyi vurğulanıb, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi qeyd edilib.
Azərbaycanda həm yerli, həm də xarici iş adamları üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığı vurğulanaraq, bu xüsusda BƏƏ şirkətlərinin də ölkəmizdə bir çox sahəyə sərmayə yatırmasından məmnunluq ifadə olunub.
Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvarlıq bildirilib.
Söhbət zamanı investisiyalar, sənaye, o cümlədən dağ-mədən sənayesi və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul etdi | Nələr müzakirə edildi? - Baku TV
- İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış oldu - Baku TV
- Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verdi - Baku TV
- Sosial şəbəkələrə qeydiyyatda dəyişiklik | Prezident sərəncam imzaladı - Baku TV
- Azərbaycan və Efiopiya arasında hansı sənədlər imzalandı?
