İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidentini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib.
Dövlət başçısı Tomas Baxa Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatında iştirakına və dəstəyinə görə minnətdarlığını bildirib, bunun əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyini deyib. Tomas Bax paytaxtımızda keçirilən bu idman yarışında iştirak etməkdən məmnunluğunu ifadə edib.
Söhbət zamanı çox sayda ölkəni təmsil edən idmançının iştirak etdiyi taekvondo üzrə 26-cı dünya çempionatının Azərbaycanda keçirilməsinin önəminə toxunulub.
Görüşdə Azərbaycanla Beynəlxalq Olimpiya Komitəsinin uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyi və ölkəmizin bu beynəlxalq qurumun fəal iştirakçısı olduğu qeyd edilib, Azərbaycanın beynəlxalq idman təşkilatları ilə uğurlu qarşılıqlı fəaliyyəti vurğulanıb.
Söhbət zamanı ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışılıb, Azərbaycanın çox sayda dünya əhəmiyyətli idman tədbirlərinin yüksək səviyyədə təşkil edildiyi məkana çevrildiyi bildirilib, paytaxtla yanaşı, regionlarda da müasir idman infrastrukturunun yaradıldığı qeyd olunub.
#İlham Əliyev teqi istifadə olunub
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- "Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV
- "Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV
- Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV
- Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV
