Pleyeri seçin:

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - Baku TV

04 dekabr 2025 490 baxış

Prezident İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib.

Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən qonaq ilk növbədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin salamlarını dövlət başçısına çatdırıb.

Lord Vernon Koaker iki ölkə arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Kir Starmerin COP29-da iştirakını və onunla görüşünü məmnunluqla xatırlayıb.

İkitərəfli münasibətlərin zəngin tarixinin olduğunu deyən dövlət başçısı iki ölkə arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb.

Prezident İlham Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı hazırda ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş nəticələr münasibətilə dövlət başçısını təbrik edib.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, bütün bunların tarixi əhəmiyyət daşıdığını vurğulayıb və bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi roluna toxunub. Dövlət başçısı sülh gündəliyinin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyib və onun irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi

Siyasət
06 sentyabr 2026 490 baxış
Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV

Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV

Siyasət
06 sentyabr 2026 490 baxış
150 türkiyəli sahibkarın İrəvan səfərinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

150 türkiyəli sahibkarın İrəvan səfərinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
05 sentyabr 2026 490 baxış
Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV

Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV

Siyasət
05 sentyabr 2026 490 baxış
"Bu, Rusiyaya ağır zərbə oldu" | Moskva müharibədə hansı reallıqları nəzərə almalıdır? - Baku TV

"Bu, Rusiyaya ağır zərbə oldu" | Moskva müharibədə hansı reallıqları nəzərə almalıdır? - Baku TV

Siyasət
05 sentyabr 2026 490 baxış
Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olundu

Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olundu

Siyasət
05 sentyabr 2026 490 baxış
"Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV

"Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV

Siyasət
05 sentyabr 2026 490 baxış
Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

Siyasət
05 sentyabr 2026 490 baxış
“Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni

“Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni

Siyasət
05 sentyabr 2026 490 baxış
Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV

Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV

Siyasət
05 sentyabr 2026 490 baxış
Seçilmişlər
icon