Pleyeri seçin:

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

14 mart 2024 271 baxış

Prezident İlham Əliyev martın 13-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

Migel Anxel Moratinos İlham Əliyevi prezident seçkilərində qələbəsi və Azərbaycanın COP29-un sədri seçilməsi münasibətilə təbrik edib. Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Qonaq ölkəmizin qazandığı nailiyyətlərin heyranedici olduğunu və Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğulayıb. O, BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək verilmiş dəstəyə görə təşəkkürünü bildirib.

Söhbət zamanı COP29 çərçivəsində Dünya Dini Liderlərinin iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək mövzusunda da tədbirlərinin keçiriləcəyi qeyd olunub , bu xüsusda əməkdaşlıq məsələlərinə toxunulub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib, onun beynəlxalq səviyyədə ən mühüm platformalardan birinə çevrildiyi vurğulanıb. XI Qlobal Bakı Forumunda da dünyanın müxtəlif regionlarını təmsil edən çox sayda iştirakçının olduğu, burada aktual məsələlərin müzakirə ediləcəyi bildirilib.

Görüşdə Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda uğurla keçirildiyi və bu ənənənin bundan sonra da davam edəcəyi vurğulanıb. BMT-nin Sivilizasiyalar Alyansının Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olaraq öz dəstəyini daim göstərdiyi qeyd edilib.

Söhbət zamanı Avropa ölkələrində artan islamofobiya meyillərindən narahatlıq ifadə olunub.

Berlin danışıqları müharibənin taleyini həll edəcək? - Baku TV

Berlin danışıqları müharibənin taleyini həll edəcək? - Baku TV

Siyasət
15 dekabr 2025 271 baxış
İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV

İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV

Siyasət
15 dekabr 2025 271 baxış
İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV CANLI

İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV CANLI

Siyasət
15 dekabr 2025 271 baxış
Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb - Baku TV

Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb - Baku TV

Siyasət
15 dekabr 2025 271 baxış
Zelenski və ABŞ rəsmiləri arasında Almaniyada məxfi görüş - Baku TV CANLI

Zelenski və ABŞ rəsmiləri arasında Almaniyada məxfi görüş - Baku TV CANLI

Siyasət
15 dekabr 2025 271 baxış
UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib

UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib

Siyasət
15 dekabr 2025 271 baxış
Kreml Bakıya hansı mesajı verir və bu mesaj kimlərə hesablanıb? - AKTUAL GÜNDƏM

Kreml Bakıya hansı mesajı verir və bu mesaj kimlərə hesablanıb? - AKTUAL GÜNDƏM

Siyasət
15 dekabr 2025 271 baxış
Tramp etiraf etdi | Zelenski üçün gərgin gün | Cəbrayılın bu kəndinə növbəti köç - YENİ BİR SƏHƏR

Tramp etiraf etdi | Zelenski üçün gərgin gün | Cəbrayılın bu kəndinə növbəti köç - YENİ BİR SƏHƏR

Siyasət
15 dekabr 2025 271 baxış
ATƏT və Ermənistanın “gizli oyunu” | Qarabağı masada bölmək cəhdi necə iflasa uğradı?

ATƏT və Ermənistanın “gizli oyunu” | Qarabağı masada bölmək cəhdi necə iflasa uğradı?

Siyasət
14 dekabr 2025 271 baxış
500 milyard dollarlıq “yarış” başladı | Bu ölkə də ümidini Azərbaycana bağladı - YEKUNLAŞDIRAQ

500 milyard dollarlıq “yarış” başladı | Bu ölkə də ümidini Azərbaycana bağladı - YEKUNLAŞDIRAQ

Siyasət
14 dekabr 2025 271 baxış
Seçilmişlər
icon