İlham Əliyev BP-nin yeni baş icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev martın 13-də BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbul edib.
Mürrey Aukinklos İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Dövlət başçısı təbrikə görə minnətdarlığını bildirib.
Bakıya səfərindən məmnunluğunu ifadə edən qonaq Azərbaycanın 30 ildə qazandığı nailiyyətlər münasibətilə də təbriklərini çatdırıb, bu müddətdə ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin iqtisadiyyatımızın inkişafına yönəldilməsinin önəmini vurğulayıb. Mürrey Aukinklos Azərbaycanla BP-nin əməkdaşlığını məmnunluqla qeyd edib.
İlham Əliyev uzun illər ərzində ölkəmizin BP ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyib. Dövlət başçısı 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin önəmini vurğulayaraq, həmin dövrdən başlayaraq Azərbaycanla BP arasında strateji tərəfdaşlığın həyata keçirildiyini qeyd edib.
Prezident ölkəmizdə enerji resurslarının istehsalından əldə olunan gəlirlərin iqtisadi, sosial və bütün digər sahələrin inkişafına səmərəli surətdə yönəldildiyini bildirib.
Görüşdə ölkəmizlə əməkdaşlığın nəticələrindən biri olaraq Azərbaycanın bölgənin bir sıra və Avropa dövlətlərinin enerji təhlükəsizliyinə, xüsusilə dayanıqlı qaz təchizatına töhfəsinə toxunulub, yeni dövrdə ölkəmizin karbohidrogen enerji resursları ilə yanaşı, bərpaolunan enerji mənbələrinin potensialı qeyd edilib, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bu il BP şirkəti tərəfindən bu istiqamətdə layihənin həyata keçiriləcəyi vurğulanıb.
Söhbət zamanı BP ilə SOCAR arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb - Baku TV
- İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında vacib telefon danışığı - Baku TV
- Ukrayna seçkilərə hazırdır? | “Qarabağ” - “Ayaks” matçı | Lavrovdan xəbərdarlıq - YENİ BİR SƏHƏR
- İlham Əliyevin Slovakiya səfəri nələrlə yadda qaldı - Baku TV
- İlham Əliyev Donald Trampa təşəkkür etdi - Baku TV
