Pleyeri seçin:

İlham Əliyev İordaniya Baş nazirinin müavini ilə nələri müzakirə etdi? - Baku TV

08 iyul 2026 398 baxış

Prezident İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.

Qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlət başçısına çatdırıb, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd edib.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş edib. Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəyə səfərə dəvət edib.

Dövlət başçısı ölkəmizdə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseynlə görüşlərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulanıb, əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edilib.

Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, regional məsələlər, gələcək təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Turizm sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi müzakirə olunub.

Banner
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 398 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 398 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 398 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 398 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 398 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 398 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 398 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 398 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 398 baxış
Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Siyasət
30 oktyabr 2026 398 baxış
Seçilmişlər
icon