Pleyeri seçin:

İlham Əliyev Laçında yeni müəssisələrin açılışında iştirak etdi

27 may 2025 533 baxış

Prezident İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib.

“Bakı Abadlıq Xidməti”nin baş direktoru Bünyad Qasımov dövlət başçısı İlham Əliyevə fabrik barədə məlumat verib.

Qeyd edilib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olan “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən parkda artıq 12 müəssisə fəaliyyət göstərir.

Bildirilib ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq.

Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.

Vurğulanıb ki, yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır.

Dövlət başçısı daha sonra “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib. Prezident İlham Əliyevə məlumat verilib ki, ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək.

Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsalı gücündədir. Müasir avadanlıqlarla təchiz edilən fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal olunacaq.

Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Siyasət
09 avqust 2026 533 baxış
ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

Siyasət
09 avqust 2026 533 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Siyasət
08 avqust 2026 533 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Siyasət
08 avqust 2026 533 baxış
Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV

Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV

Siyasət
08 avqust 2026 533 baxış
Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallığın əsasını qoydu - Baku TV CANLI

Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallığın əsasını qoydu - Baku TV CANLI

Siyasət
08 avqust 2026 533 baxış
Millət vəkili tarixi Vaşinqton Bəyannaməsi ilə bağlı vacib məqamdan söz açdı - Baku TV

Millət vəkili tarixi Vaşinqton Bəyannaməsi ilə bağlı vacib məqamdan söz açdı - Baku TV

Siyasət
08 avqust 2026 533 baxış
İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub - Baku TV

İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub - Baku TV

Siyasət
08 avqust 2026 533 baxış
Vaşinqton sammitinin birinci ildönümündə Paşinyan Prezidentə zəng etdi - Baku TV

Vaşinqton sammitinin birinci ildönümündə Paşinyan Prezidentə zəng etdi - Baku TV

Siyasət
08 avqust 2026 533 baxış
Azərbaycan və ABŞ liderləri arasında vacib müzakirə | Telefon danışığının detalları - Baku TV CANLI

Azərbaycan və ABŞ liderləri arasında vacib müzakirə | Telefon danışığının detalları - Baku TV CANLI

Siyasət
08 avqust 2026 533 baxış
Seçilmişlər
icon